“İslam
həmrəyliyi və
media” mövzusunda konfrans
keçirilib
22 iyul - Milli mətbuat günü münasibətilə
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının
birgə təşkilatçılığı
ilə iyulun 18-də
“İslam həmrəyliyi
və media” mövzusunda
konfrans keçirilib.
Komitənin sədri Mübariz Qurbanlı konfransı açaraq bildirib ki, dövlət başçısı tərəfindən
2017-ci il “İslam həmrəyliyi ili” elan edilib,
Azərbaycan mətbuatı
həm ölkə daxilində, həm də xaricdə islam həmrəyliyini təbliğ edir: “Prezidentin tapşırığı
ilə bizim komitə və Qafqaz Müsəlmanları
İdarəsi bir sıra xarici ölkələrdə tədbirlər
keçirəcək. Bu mövzunun təbliği üçün mətbuatla
sıx əməkdaşlıq
edirik”.
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, sovetlərin ifrat inqilabçı ruhlu və ateist təbliğatlı müəyyən dövrünü istisna etsək, Azərbaycan mətbuatı hər zaman milli və dini dəyərlərə hörmətlə yanaşıb. Mətbuatımızın əsasını qoyan “Əkinçi” qəzeti milli dəyərlərə söykənib. Daha sonra nəşr edilən qəzetlərdə də bu məsələ ön planda olub. Bu gün Azərbaycanın media modeli islam ölkələri üçün bir örnəkdir. Yaxın vaxtlarda İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin toplantısında müsəlman ölkələrinin media qurumları arasında bir təşkilatın yaranması ilə bağlı qərar qəbul ediləcək. Yəqin ki, həmin təşkilatın mərkəzi ofisi Bakıda yerləşəcək.
Konfransda
digər çıxış edənlər milli-mənəvi,
dini dəyərlərin, multikultural
və tolerant ənənələrin
qorunması və təbliği istiqamətində medianın
üzərinə düşən vəzifələrdən bəhs
ediblər.
Mədəniyyət.- 2017.- 19 iyul.-
S.3.