“Səsini unutma”
Yuğ teatrı da
mövsümə yekun vurub
Azərbaycan Dövlət Yuğ Teatrı mövsümə “Səsini unutma” tamaşası ilə yekun vurub. Teatrdan bildirilib ki, yazıçı Kamal Abdullanın “Bir, iki bizimki” pyesi əsasında hazırlanan tamaşa sənət ocağının repertuarında yeni əsərlərdəndir.
Azərbaycan
Dövlət Kukla Teatrının səhnəsində
rejissor Gümrah
Ömərin quruluşunda təqdim olunan səhnə əsərinin quruluşçu rəssamı Rəşid Şerif, musiqi tərtibatçısı
Amid Qasımovdur. Rolları əməkdar
artistlər Məmmədsəfa Qasımov, Amid
Qasımov və Ləman Novruzova ifa ediblər. Tamaşa iki dünya
arasındakı sahibsiz bir
məkana düşmüş qəhrəmanın
vəfat etmiş qadını ilə
ünsiyyətindən bəhs edir.
Mədəniyyət.- 2017.- 19 iyul.-
S.3.