Muzey işçiləri üçün növbəti
səyyar seminar-treninq
Mədəni irsin yerlərdə
qorunması, təbliği
və bərpası, turizm infrastrukturunun inkişaf etdirilməsində
muzeylərin rolunun artırılması məqsədilə
Respublika Mədəniyyət
Müəssisələri İşçilərinin
Hazırlıq və İxtisasartırma Mərkəzi
tərəfindən səyyar
seminar-treninqlər təşkil
edilib.
Bu qəbildən
növbəti tədbir
iyulun 18-də Şəkidə
təşkil edilib.
“Muzeylər canlı
tarix, turizmə dəstəkdir” mövzulu
səyyar seminar-treninqə
Şəki Regional Mədəniyyət
və Turizm İdarəsinin əhatə
etdiyi bölgələrdən
(Şəki, Oğuz,
Qax, Zaqatala, Balakən) 56 muzey işçisi cəlb olunub.
Seminar-treninqin açılışında Mərkəzin direktoru Ramazan Şabanov, Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Xatirə Səlimli və şəhərdəki Tarix-diyarşünaslıq muzeyinin direktoru Yaqut Cəlalova iştirak edib. Treninq “Mədəniyyət haqqında” qanundan irəli gələn məsələləri, yerlərdə maddi və qeyri-maddi mədəni irsin qorunması və bərpası, muzey işinin təşkili və turizmin inkişafı məsələlərini əhatə edir.
Mərkəzin əməkdaşları, eləcə də Azərbaycan İstiqlal Muzeyinin fond müdiri Aidə Axundova və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Sahibə Ələkbərova tərəfindən aparılan treninq 22 iyul tarixinə qədər davam edəcək.
Mədəniyyət.- 2017.- 19 iyul.-
S.4.