Füzuli teatrı mövsümə poetik xalq faciəsi ilə
yekun vurub
Füzuli Dövlət Dram Teatrı mövsümə ''Mən Zəhrayam" adlı poetik xalq faciəsi ilə yekun vurub. Səhnə kompozisiyası rayonun Alxanlı kənd sakinləri - Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi ikiyaşlı Zəhra Elnur qızının işğalçı erməni qüvvələri tərəfindən qətlə yetirilməsinə həsr olunub.
Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev bildirib ki, bu hadisə bütün Azərbaycan xalqını sarsıdıb. Biz Zəhramıza və erməni təxribatı nəticəsində qətlə yetirilən minlərlə günahsız soydaşımıza ədalət istəyirik.
Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova hadisə haqqında qeyd edib ki, bu hadisə bütün dünya ictimaiyyətinə erməni vandalizminin hələ də davam etdiyini göstərir. Biz Zəhramızın qisasını istəyirik.
Sonra teatrın aktyorlarının ifasında 4 iyul şəhidləri anılıb, onların həyat hekayəsi tamaşada əks olunub.
Sonda
rayon ərazisində yerləşən bağça uşaqları səhnəyə
dəvət olunub. Balaca
şəhid Zəhranın dünəni, yaşasaydı bu günü və gələcəyi
uşaqların çıxışlarında əks olunub. Uşaqların dilindən deyilən şeir və sözlər, hər kəsi kədərə
boğmaqla yanaşı, bir
daha düşmənə nifrət hissləri
oyadıb.
Mədəniyyət.- 2017.- 19 iyul.-
S.5.