Sosial problemlərin həllində mədəniyyət amili

 

 

 

   Gənc mədəniyyət işçiləri ilə növbəti debat Lerikdə keçirilib

  

   İyulun 14-də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin Lənkəran Regional Mədəniyyət Turizm İdarəsinin birgə təşkilatçılığı ilə Lerik rayonunda gənc mədəniyyət işçiləri arasındaSosial problemlərin həllində mədəniyyət amilimövzusunda debat təşkil olunub.

   Tədbirdə regional idarənin tabeliyində olan Lənkəran, Lerik, Astara rayonlarının mədəniyyət müəssisələrinin 50-dən çox gənc işçisi iştirak edib.

   Budəfəki debat sosial problemlər içərisində xüsusilə aktuallıq kəsb edən erkən nikahlar mövzusuna həsr olunub. Bu mövzuda müzakirələrin keçirilməsində məqsəd həmçinin problemin doğurduğu mənfi nəticələrin diqqətə çatdırılması, gənclər arasında təbliğat işlərinin aparılmasıdır. Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

  

   Lalə

 

Mədəniyyət.- 2017.- 19 iyul.- S.7.