Azərbaycan musiqisi İordaniyada səslənib
Azərbaycan Milli Konservatoriyasının (AMK) müəllimi, Əməkdar artist Fəridə Məlikova İordaniyanın paytaxtı Əmmanda konsert proqramı ilə çıxış edib.
Konservatoriyadan bildirilib ki, konsert İordaniya Haşimilər Krallığı Abdul Hameed Şoman Fondunun təşkilatçılığı ilə Əmmanın tarixi Odeon Teatrında gerçəkləşib. Krallığın Milli Orkestrinin müşayiətilə F.Məlikovanın kamançada milli musiqi nümunələrimizi və ərəb muğamlarını səsləndirməsi dinləyicilər tərəfindən maraqla qarşılanıb.
İki
ölkə arasında mədəni əlaqələri daha da inkişaf
etdirmək və yerli
tamaşaçıları Azərbaycan musiqisi
ilə yaxından tanış etmək məqsədi
daşıyan konsertin layihə rəhbəri
AMK-nın şöbə müdiri Şəlalə
Rzayevadır.
Mədəniyyət.- 2017.- 19 iyul.-
S.10.