Mədəni əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
İran İslam Respublikasının Astara şəhərində Azərbaycan-İran mədəni əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub. Görüşdə Azərbaycan tərəfindən Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov, İran tərəfindən Astara Fərmandarlığının Fərhəng və irşad idarəsinin rəisi Əbufətəli Cavan, Rəşt şəhərindən Əliəhməd Nijad və digər şəxslər iştirak ediblər.
Müzakirələrdə
qərara alınıb ki, Lənkəran və
İran Astarası arasında mədəni
əlaqələr qurulsun, iki
ölkənin sənətçilərinin təcrübə
mübadilələri keçirilsin, həmçinin
həm Lənkəranda, həm də İran
Astarasında iki ölkənin mədəniyyət xadimlərinin birgə iştirakı
ilə teatr tamaşaları, musiqili tədbirlər və rəsm sərgiləri
təşkil olunsun. İranlı telerejissor Xanım Gülməhəmmədi və
kinorejissor Naderi Lənkəran
rayonunun folklor
qrupları, Azərbaycanın milli mətbəxi
barədə sənədli film çəkmək
arzusunda olduqlarını bildiriblər.
Mədəniyyət.- 2017.- 19 iyul.-
S.10.