Müasir Azərbaycan nəsri antologiyası” gürcü dilində

 

 

   Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri - “Müasir Azərbaycan nəsri antologiyası” Gürcüstanda işıq üzü görüb.

   Tərcümə Mərkəzindən bildirilib ki, XX əsr Azərbaycan nəsrinin müxtəlif nəsillərini təmsil edən yazıçıların hekayələri toplanmış kitabı gürcü dilinə tanınmış yazıçı-tərcüməçi, Gürcüstan Dövlət mükafatı laureatı İmir Məmmədli çevirib.

   Gürcüstanın “İntellekti” nəşriyyatında çap edilmiş kitabın redaktoru tanınmış tərcüməçi Manana Bostoğanaşvili, “Ön sözün müəllifi görkəmli gürcü yazıçısı Quram Odişariyadır.

   Kitabın təqdimatının sentyabr-oktyabr aylarında Tbilisidə keçiriləcəyi gözlənilir.

 

Mədəniyyət.- 2017.- 19 iyul.- S.11.