Qarabağ neolit ənənəsinin abidələri”

 

 

 

   Arxeoloji tədqiqatın elektron nəşri hazırlanıb

  

   Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ArxeologiyaEtnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Tufan AxundovunQafqaz sivilizasiyasının başlanğıcı. Azərbaycan neoliti. İkinci kitab: Qarabağ neolit ənənəsinin abidələri” əsərinin elektron nəşri hazırlanıb. Elektron kitab Qarabağın qədim əkinçi və maldarları ilə bağlı tədqiqatın əsasını qoymuş mərhum arxeoloq İdeal Nərimanovun 90 illiyinə həsr edilib.

   Əsər AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun fondunda saxlanılan Qarabağ neoliti ənənəsi abidələrinin arxeoloji materiallarının kolleksiyasını elmi dövriyyəyə daxil edir. Bütün material üç qrupla təmsil olunur. Birinciyə hələ də tədqiq edilməmiş abidələrdən toplanmış kolleksiyaların fotoillüstrasiyaları daxildir. İkinciüçüncü qruplar İlanlıtəpə və Çalağantəpə məskənlərinin qazıntılarından əldə edilmiş material kolleksiyalarının fotoqrafik təsvirlərindən ibarətdir. İlanlıtəpə və Çalağantəpənin tədqiqatları zamanı aşkar edilən tikililərin, istehsal qurğularının, həmçinin kolleksiyaların çöl inventarı siyahısının təsviri verilib. Hər bir abidə barədə qısa məlumat təqdim edilir.

   Əsər ilk növbədə peşəkar arxeoloqlar üçün nəzərdə tutulub, eyni zamanda Azərbaycanın qədim əhalisinin arxeoloji ənənəsi ilə maraqlanan hər bir kəs üçün maraqlı ola bilər.

 

 Mədəniyyət.- 2017.- 19 iyul.- S.15.