Aprel döyüşlərinin qəhrəmanları
uşaqların rəsmlərində
Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənməsi” layihəsinə başlayıb.
Azərbaycan Dövlət Uşaq Filarmoniyasında keçirilən təqdimat mərasimində JEM-in sədri Ceyhun Musaoğlu noyabr ayınadək davam edəcək layihəyə rəsm dərnəyindən yeniyetmələrin cəlb olunacağını diqqətə çatdırıb. Onlar 2016-cı ilin Aprel döyüşlərində işğalçı Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərin şücaət göstərdiyi anları əks etdirən rəsmlər çəkəcəklər.
Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva rəhbərlik etdiyi kollektivin layihəyə cəlb edilməsindən məmnunluğunu, dərnək üzvlərinin bu işi yüksək səviyyədə həyata keçirəcəklərinə inandığını bildirib.
Rəsm dərnəyinin rəhbəri Gilan Əzizxanlı layihənin məsuliyyətindən, iştirakçılara qürur hissi yaşadacağından söz açıb.
Sonda
yeniyetmə rəssamlara jurnalist Aida Eyvazlının Aprel
döyüşləri şəhidlərindən bəhs edən
“Qalibiyyət - şahidlər və şəhidlər”
kitabı paylanılıb. Kitab onlara qəhrəmanlarımızı
yaxından tanımağa, şəhidlərin
obrazlarını daha dolğun
canlandırmağa yardımçı olacaq.
Mədəniyyət.- 2017.- 21 iyul.-
S.15.