Görkəmli folklorşünas
alimin 110 illiyinə həsr olunan kitab çapdan
çıxıb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsi tərəfindən “Məmmədhüseyn Təhmasib: taleyi və sənəti” məqalələr toplusu işıq üzü görüb. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin tərtibatı, böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimovun rəyi ilə oxucuların mühakiməsinə verilən məqalələr toplusu görkəmli folklorşünas alim, professor Məmmədhüseyn Təhmasibin 110 illik yubileyinə həsr edilib.
Kitabda Azərbaycan
folklorşünaslığının inkişafında, folklorşünaslar nəslinin yetişməsində
böyük xidmətləri olan Məmmədhüseyn Təhmasibin həyatı
və çoxcəhətli ədəbi fəaliyyəti, zəngin
yaradıcılığı və ədəbiyyat tariximizdə
əvəzsiz xidmətlərindən bəhs edən
araşdırmalar - AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəylinin,
AMEA Naxçıvan Bölməsinin sədri, akademik
İsmayıl Hacıyevin, Əməkdar elm
xadimi, professor Məhərrəm
Qasımlının və başqalarının məqalələri
yer alıb.
Mədəniyyət.- 2017.- 21 iyul.-
S.13.