Bakıda meksikalı rəssama həsr olunmuş növbəti sərgi

 

 

   Meksikanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə Bakıda bu ölkənin məşhur rəssamı Frida Kaloya həsr edilmiş fotosərgilər keçirilir. Növbəti sərgi İçərişəhərdə yerləşən “Art Tover” qalereyasında açılıb.

   Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi, Meksikanın ölkəmizdəki səfirliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə gerçəkləşib.

   Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının rəhbəri Dadaş Məmmədov bildirib ki, sərgiyə gələnlər ekspozisiyada yer alan 30-dək fotoreproduksiya ilə Meksika incəsənətinin ikonası, XX əsrin dünya səviyyəsində ən tanınmış rəssamlarından biri Frida Kalonun həyat və yaradıcılığının müxtəlif dövrləri ilə tanış ola bilərlər.

   Sərgi iyulun 25-dək davam edəcək.

 

Mədəniyyət.- 2017.- 21 iyul.- S.16.