Ölkəmiz Litvada beynəlxalq
festivalda təmsil olunub
Xəbər verdiyimiz kimi,
Litvada UNESCO-nun himayəsi
ilə beynəlxalq
festival keçirilib. “Lauks-Nos” adlı festivalda ölkəmiz də təmsil olunub.
Tədbirdə xanəndə Könül
Məmmədli, tarzən
Ədalət Behbudov və kamança ifaçısı Pərviz
Fərhadovdan ibarət
üçlük iştirak
edib.
Festivala Bolqarıstan, Estoniya, Gürcüstan, İspaniya, Xorvatiya, Latviya, Litva, Makedoniya və Ukrayna təmsilçiləri də qatılıb. Təmsilçilərimiz festivalda xalq və bəstəkar mahnılarını, muğamlarımızı səsləndiriblər.
Muğam televiziya müsabiqəsinin laureatı Könül Məmmədli Azərbaycan Milli Konservatoriyasında təhsil alır. Respublika və beynəlxalq müsabiqələr laureatları Ədalət Behbudov Bakı Humanitar Kollecində, Pərviz Fərhadov isə Azərbaycan Milli Konservatoriyası və Respublika İncəsənət Gimnaziyasında müəllim işləyir.
Mədəniyyət.- 2017.- 21 iyul.-
S.5.