Naxçıvanda “İmamzadə” türbəsi
təmir-bərpa olunur
Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı”na hazırlıq çərçivəsində şəhərdəki islam irsi ilə bağlı abidələrdə təmir və abadlıq işləri görülür.
Hazırda şəhərdə “İmamzadə” kompleksinə daxil olan türbədə təmir-bərpa işləri aparılır.
Türbənin fasad və daxili hissəsində divarlar köhnə üzlük boya və materiallardan təmizlənib, tarixi tikilinin aşağı hissəsinin rütubətdən qorunması üçün betonlama işləri həyata keçirilib.
Təmir-bərpa işləri başa çatdırıldıqdan sonra “İmamzadə” kompleksinin ərazisi şəhərin islam mədəniyyətinə aid ən görməli yerlərindən birinə çevriləcək.
Qeyd edək ki, Naxçıvanda “İmamzadə” ziyarətgahları böyük bir tarixi müddət ərzində islam dininin müqəddəs məkanlarından biri hesab edilib və edilməkdədir. Naxçıvanın on üç əsrdən artıq bir dövrünü özündə təcəssüm etdirən bu dəyərli abidələr yalnız ölkəmizin deyil, bütövlükdə, müsəlman Şərqinin qədim sənətkarlıq, xüsusilə də memarlıq ənənələrinin, çoxəsrlik tarixi keçmişinin yadigarlarıdır.
“İmamzadə”
türbəsi özündə qədim və zəngin sənətkarlıq
xüsusiyyətlərinə malik türk və müsəlman
memarlığı ənənələrinin
qarşılıqlı vəhdətini ehtiva
edir.
Mədəniyyət.- 2017.- 21 iyul.-
S.5.