“Əkinçi”dən başlanan
yol...
Zərdab rayonundakı Həsən bəy Zərdabi muzeyinin təşkilatçılığı ilə "Mənim milli mətbuatım - 142" adlı tədbir keçirilib.
Bildirilib ki, böyük maarifçi H.Zərdabinin yaradıcısı olduğu “Əkinçi” qəzetinin nəşri ilə Azərbaycanda yeni bir mərhələnin əsası qoyulub. 1875-ci il iyulun 22-də ilk sayı işıq üzü görən qəzet milli mətbuatımızın, mənəvi mədəniyyətimizin tarixinə şərəfli səhifələr yazıb, milli mənliyimizin formalaşmasında, mənəvi dəyərlərimizin qorunub saxlanılmasında mühüm rol oynayıb. H.Zərdabi “Əkinçi” ilə Azərbaycanda o dövrə qədər mövcud olmayan mətbuat dili və üslubunun da əsasını qoyub.
Cəmi
56 nömrəsi nəşr olunan qəzetlə
milli jurnalistikamızın həmişəyaşar
tarixini yazan Zərdabi
bütün ömrünü
təqiblərdən, açıq və gizli
hədələrdən çəkinmədən xalq, millət, maarif
işığına həsr edib.
Mədəniyyət.- 2017.- 26 iyul.-
S.6.