Balaca pianoçu beynəlxalq festivalda laureat adını qazanıb
Sumqayıt
Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki
Qubadlı rayon Fəxrəddin
Hüseynov adına
Mahmudlu kənd musiqi məktəbinin
3-cü sinif şagirdi
Əminə Yaqut Nəsirli Gürcüstanın
Borjomi şəhərində
keçirilmiş “Harmoniya
Borjomi 2017” Beynəlxalq
musiqi festivalında laureat adını qazanıb. Balaca pianoçu festivalda
bəstəkarlar Edvard
Qriqin “Yolster rəqsi” və Azər Dadaşovun “Məzəli rəqs” əsərlərini ifa edib.
Pianoçunun müəllimi İradə
Abdullayeva təəssüratlarını
bölüşərək deyib: “İnanırdım ki, şagirdlərimiz gözəl nəticələr
göstərəcəklər. Xüsusən, Əminə Yaqutun
çıxışı çox
uğurlu alındı.
Şadam
ki, çəkdiyimiz əziyyətlər yerdə
qalmadı”.
Festivalda
Azərbaycan, Türkiyə, ABŞ, Qazaxıstan və digər
ölkələrin nümayəndələri iştirak
ediblər. Azərbaycanın müxtəlif musiqi
məktəblərinin şagirdləri festivalda
fəal çıxış edərək fərqli nominasiyalar üzrə fərqləniblər.
Mədəniyyət.- 2017.- 26 iyul.-
S.6.