“Retro Bakı” layihəsi
paytaxt sakinləri və qonaqlar
tərəfindən maraqla
qarşılanır
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” konsertləri paytaxt sakinləri və şəhərimizin qonaqları tərəfindən maraqla qarşılanır.
İdarədən bildirilib ki, ötən həftəsonu Fəvvarələr meydanında keçirilən növbəti konsertdə estrada müğənniləri Elnarə Xəlilova, Roza Zərgərli, Leyla Ramazanlı, Səbinə Əsgərova, Anar Rəhimli, Könül Məmmədli, Nailə Müslümova, Aytac Vidadiqızı, Mircabbar Mirbabayev, Nigar Süleymanova, Aynur Əliyeva və başqaları çıxış ediblər. Həmçinin konsertdə “Səma” və “Xəzərim” rəqs qruplarının ifasında milli və dünya xalqlarının rəqsləri təqdim olunub.
Qeyd
edək ki, layihə şəhər əhalisinin
və turistlərin asudə vaxtının xoş
keçməsi, Azərbaycan musiqisinin,
tanınmış bəstəkar əsərlərinin təbliği
məqsədi daşıyır. “Retro
Bakı” layihəsi sentyabrın 15-dək hər həftəsonu
axşam saatlarında Fəvvarələr
meydanında tamaşaçıların görüşünə
gələcək.
Mədəniyyət.- 2017.- 26 iyul.-
S.8.