Sosial-iqtisadi inkişafda mədəni irsin rolu
Tvinninq layihəsi üzrə növbəti treninq keçirilib
“Mədəniyyət
sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyinə dəstək” adı altında reallaşan tvinninq layihəsi çərçivəsində 17-21 iyul tarixində Azərbaycan Milli İncəsənət Muzeyində
növbəti treninq sessiyası keçirilib.
Azərbaycan Milli İncəsənət
Muzeyindən verilən
məlumata görə,
Mədəniyyət və
Turizm Nazirliyinin Avropa İttifaqı ilə birgə icra etdiyi layihənin
budəfəki dördgünlük
sessiyası “Sosial-iqtisadi
inkişafda mədəni
irsin rolu; fandreyzinq” mövzusuna həsr edilib.
Sessiyada qeyri-kommersiya təşkilatlarının
maliyyə vəsaitinin
cəlb olunmasında fandreyzinqin (fəaliyyətin
təşkil olunması
və ya hər hansı bir layihənin həyata keçirilməsi
üçün vəsaitin
cəlb olunması) rolu və tətbiqi,
donorla münasibətlərin
qurulması üsulları,
təşkilatları donorlar
üçün cəlbedici
edən amillər, donorlara təqdim olunan layihənin dəyərini əsaslandıran
inandırıcı sübutun
irəli sürülməsi
və digər mövzular müzakirə edilib.
Seminar çərçivəsində
“İqtisadi nəzəriyyə,
mədəni irsin tərifi”, “Mədəni irs ərazisi və iqtisadi inkişaf arasında əlaqə”, “Mədəni
irs sektoruna əlavə maliyyə vəsaitlərinin cəlb
olunmasında aparıcı
beynəlxalq təşkilatlar”
və “Tərəfdaş
axtarışı və
Avropa İttifaqının
maliyyə imkanlarına
dair məlumatların
əldə olunması”
mövzularında məruzələr
dinlənilib.
Layihənin məqsədi Azərbaycan muzeylərini periferik mədəniyyət sektorundan ölkənin mədəni və iqtisadi həyatında müstəqil iştirakçıya çevirərək ölkənin sosial vəziyyətinin inkişafına və turist potensialının möhkəmlənməsinə dəstək olmaqdır.
Qeyd edək ki, cari ildə tvinninq layihəsi çərçivəsində beş treninq sessiyası gerçəkləşib. 100-dən çox mədəniyyət işçisinin iştirak etdiyi layihədə, həmçinin mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılmasına yönəldilmiş təlimlər keçirilib.
Mədəniyyət.- 2017.- 26 iyul.-
S.5.