Qəbələdə növbəti musiqi bayramı başlanır
IX Qəbələ
Beynəlxalq Musiqi Festivalının rəngarəng
konsertlərdən ibarət zəngin proqramı var
İyulun 29-da Qəbələ şəhərində ənənəvi musiqi bayramı start götürəcək. Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə doqquzuncu dəfə gerçəkləşən beynəlxalq festival avqustun 3-dək davam edəcək.
IX Qəbələ Beynəlxalq Musiqi Festivalına müxtəlif ölkələrdən məşhur kollektiv və musiqiçilər, eləcə də Azərbaycanın tanınmış sənətçiləri qatılacaq. Festivalın konsertləri Qəbələ ilə yanaşı, Şəki və İsmayıllı şəhərlərində də təşkil olunacaq.
İyulun 29-da Qəbələ Kamera musiqisi zalında festivalın ilk konserti olacaq. Axşam festivalın
açıq səhnəsində
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının (BMA) Gənclər
kamera orkestri çıxış edəcək.
Dirijor beynəlxalq müsabiqələr
laureatı Cavad Tağızadədir. Pianoda Əməkdar
artist İsfar Sarabski çıxış edəcək.
İyulun 30-da açıq səhnədə festivalın
açılış mərasimi
olacaq və tamaşaçılara Ü.Hacıbəylinin
“Leyli və Məcnun” operası təqdim ediləcək.
Həmin gün Şəkidə BMA-nın
Gənclər kamera orkestrinin, Qəbələ
Kamera musiqisi zalında isə Atabala Manafzadə (piano), “Furioso Quartet” və Kəmalə Neymanova
(piano), Süleyman Babakişizadə
(skripka), Zərifə
Alxazova (skripka), Üzeyir Mahmudbəyli
(viola), Murad İbrahimov
(violonçel), Nərmin
Nəcəfli (piano) və
Ənvər Kərimovun
(truba) iştirakı ilə konsert olacaq.
İyulun 31-də
Qəbələ Kamera
musiqisi zalında Fəqan Qasımlı
(piano), Məmməd Rəcəbli
(klarnet), Aydan Quliyeva (soprano), Taleh Yəhyayev (bariton) və İlahə Sadıxzadə (piano) səhnəyə
çıxacaq. Açıq səhnədə “Bakı
kamera orkestri” çıxış edəcək.
Dirijor Əməkdar artist Fuad İbrahimovdur.
Avqustun 1-də
festival çərçivəsində İsmayıllıda “Bakı
kamera orkestri”nin
konserti olacaq. Qəbələdə Kamera musiqisi
zalında Səidə
Tağızadə (piano), Rəna
Rəhimova (viola) və
Elxan Niftiyev (piano) çıxış edəcək.
Həmin gün musiqisevərləri Qəbələ
Kamera musiqisi zalında, həmçinin
Xalq artisti Murad Adıgözəlzadə
(fortepiano), Janna Qandelman (İsrail,
skripka), Mixail Sladkin (ABŞ, valtorn),
Dmitri Yablonski (Rusiya, violonçel) və Xalq artisti Fərhad
Bədəlbəylinin (piano) iştirakı ilə maraqlı konsert gözləyir. Açıq səhnədə İngiltərənin “Femusa”
kamera orkestri çıxış edəcək.
Avqustun 2-də
Qəbələ Kamera
musiqisi zalında Məhərrəm Hüseynov
(bariton), Azər Rzazadə (tenor), Müşfiq
Quliyev (tenor), Canluici Sartori (tenor, İtaliya), Elnarə Məmmədova
(soprano) çıxış edəcəklər. Açıq
səhnədə Xalq
artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına
Azərbaycan Dövlət
Simfonik Orkestri çıxış edəcək.
Solistlər Moyka Zlobko Vajql (arfa, Sloveniya),
Massimo Merçelli (fleyta,
İtaliya) və Xalq artisti Yeganə
Axundovadır (piano).
Festivalın sonuncu günü - avqustun 3-də Qəbələ
Kamera musiqisi zalında “Dörd əl axşamı” adlı konsert proqramında Murad Adıgözəlzadə (piano), Oksana Yablonskaya (Rusiya, piano), Stefan Deltz
(piano, ABŞ), Anna Serova (skripka,
İtaliya) iştirak edəcəklər. Festivalın
bağlanış mərasiminin
keçiriləcəyi açıq
səhnədə Üzeyir
Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə Roberto Molinelli
(İtaliya) dirijorluq edəcək. Konsertdə Nomeda Kazlaus
(soprano, Litva), Azər
Rzazadə (tenor), Məhərrəm
Hüseynov (bariton) çıxış edəcəklər.
Mədəniyyət.- 2017.- 28 iyul.-
S.2.