Azərbaycanda mədəniyyətlərarası
dialoq və dinlərarası harmoniya
Beynəlxalq
multikulturalizm yay məktəbi
təşkil olunub
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və digər qurumların iştirakı ilə Qax rayonunda “Mədəniyyətlərarası dialoq dini və mədəni müxtəliflik kontekstində - Azərbaycanda dinlərarası harmoniya” adlı V Beynəlxalq multikulturalizm yay məktəbi təşkil olunub. Yay məktəbinin iştirakçıları iyulun 27-də tanışlıq məqsədilə Qəbələ rayonuna səfər ediblər. 26 ölkədən 60 tələbə Qəbələ rayonunun tarixi məkanları və turizm obyektləri ilə tanış olublar.
Qonaqlara
əvvəlcə Nic qəsəbəsindəki
“Cotari” alban-udi kilsəsi
haqqında məlumat verilib. Bildirilib ki, Nic qəsəbəsi tolerantlığın kiçik
bir modeli hesab edilir. Qəsəbədə 3 kilsə və iki məscid var. Altı min əhalisi olan qəsəbədə
3700 udi yaşayır.
Sonra tələbələr “Tufandağ”
Qış-yay turizm istirahət kompleksində olublar. Qonaqlar kanat yolu ilə dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini, ətrafdakı
çayları, meşələri,
gözəl mənzərəni
seyr edib, xatirə şəkli çəkdiriblər.
Yay məktəbinin iştirakçılarına
Qəbələ ilə
tanışlıq zamanı
rayonun qədim tarixi, müasirliyi, yerli əhalinin məşğuliyyəti, sosial-iqtisadi
inkişafı istiqamətində
görülən işlər,
uğurlar barədə
məlumat verilib.
Bildirilib ki, 2500 il yaşı
olan qədim Qəbələ şəhəri
900 il ərzində Qafqaz Albaniyasının paytaxtı olub.
V Beynəlxalq multikulturalizm
yay məktəbinin
iştirakçıları Qəbələdən xoş təəssüratlarla
ayrılıblar.
Mədəniyyət.- 2017.- 28 iyul.-
S.2.