Dostluq, sülh sevgi festivalı

 

 

   “JARA 2017” festivalı dörd gün ərzində məşhur ifaçıları estrada musiqisi həvəskarlarını Xəzərin sahilində bir araya gətirəcək

  

   İyulun 27-də Bakıda, Xəzər sahilindəki “Sea Breeze” istirahət mərkəzində “JARA 2017” beynəlxalq musiqi festivalı başlayıb. Tanınmış musiqiçi Emin, rusiyalı media meneceri, prodüser Sergey Kojevnikov Rusiyanın Əməkdar artisti, müğənni Qriqori Lepsin müştərək layihəsi olan festivala Bakı ikinci dəfə ev sahibliyi edir.  

   Festivalın ilk günü öncə təşkilatçılar iştirakçıların bir qrupu mətbuat konfransı keçiriblər. Festival iştirakçılarıJARA”nın böyük plakatına imzalarını atıblar.

  

   Bakı festivala yüksək səviyyədə hazırlaşıb

  

   Konfransda festivalın təşkilatçıları - Emin, Qriqori Leps Sergey Kojevnikov, habelə müğənnilər Valeriya, İosif Priqojin, Qlyuk’oza, Anita Tsoy, Ani Lorak, Loboda iştirak ediblər. Qonaqlar Bakının özünəməxsus ab-havasından danışıb bunun festivala əlavə ovqat gətirdiyini bildiriblər.

   Sergey Kojevnikov Bakının festivala mükəmməl hazırlaşdığını deyib, təşkilatçılıq işlərini yüksək qiymətləndirib.

  

   Konsertləri 30 mindən çox tamaşaçı canlı izləyəcək

  

   Jurnalistlərə “JARA 2017”nin proqramı haqqında məlumat verən Emin bildirib ki, festivalda iştirak etmək üçün Bakıya musiqiçilər, rəqqaslar onları müşayiət edən heyətlərlə birlikdə 500-dən çox qonaq gəlib. Tamaşaçıları dörd möhtəşəm gün gözləyir.

   Festivalın birinci günü qala-konsert, ikinci günü isə görkəmli ifaçı Sofiya Rotarunun 70 illiyi şərəfinə yubiley konserti olacaq. İyulun 29-da dünya şöhrətli müğənni Alla Puqaçovanın yaradıcılıq gecəsi keçiriləcək. Festivalın bağlanış günü isə Qriqori Lepsin 55 illik yubileyinə həsr olunmuş proqram təqdim ediləcək.

   Mətbuat konfransında festivalda ifa olunacaq mahnıların, hitlərin seçimi barədə məlumat verilib. Müğənni Valeriya festivalda bir çox sevilən mahnıların fərqli aranjimanda təqdim olunacağını deyib.

   Müğənnilər ailə üzvləri ilə birgə gəliblər. Bu barədə danışan Emin bildirib ki, Xəzər sahilləri istirahət üçün ən gözəl məkandır. Əgər ötən il festivalı 10 min tamaşaçı canlı izləyibsə, bu il onların sayının 30 mindən çox olacağı gözlənilir. “JARA” Azərbaycan Televiziyasında Rusiyanın Birinci kanalında yayımlanacaq, 150 milyon televiziya tamaşaçısına da unudulmaz anlar yaşadacaq.

  

   Yeni mahnılar sürprizlər olacaq

  

   Sergey Kojevnikov 2018-ci ilin martında Moskvada “JARA” festivalının mükafatlarının təqdimatının keçiriləcəyini bildirib. Qriqori Leps festivalda yeni mahnıların səslənəcəyini sürprizlər olacağını vəd edib.

   Müğənnilər ötən il iki gün davam etmiş festivalın müddətinin artırılmasından məmnun qaldıqlarını bildiriblər.

   Jurnalistlərin suallarını cavablandıran festival iştirakçıları Bakının çox qonaqpərvər ecazkar şəhər olduğunu deyib, Azərbaycan mətbəxinin zənginliyindən danışıblar. Qeyd ediblər ki, bu festivala qatılmaq üçün bütün planlarını təxirə salıblar.

   Müğənni LobodaJARA”nın bir araya toplaşmaq üçün gözəl imkan olduğunu vurğulayıb. Ani Lorak ilk festivalın böyük əks-sədasından sonra ikinci festivalda iştirak etmək istəyənlərin sayının artdığını söyləyib.

   “JARA” festivalının bu il hərarətli olacağına şübhə etmirəm. Burada tamaşaçılar fəal emosionaldırlar. Festival artıq ötən il təcrübə toplayıb. Builki festivaldan, əlbəttə, daha çox hərarət həyəcan gözləyirik. Burada varsa - dəniz, günəş, külək həm yeni yaradıcı mühitdir. Odur ki, biz “JARA” festivalında iştirak etmək üçün Bakıya həvəslə gəldik”. Bu fikirləri isə məşhur müğənni Valeriya deyib.

   * * *

   Festival saat 19-da məşhur ifaçıların "Sea Breeze" istirahət mərkəzində qırmızı xalının üstündən keçidi ilə başlayıb. Açılış mərasimində məşhur estrada ulduzlarının iştirakı ilə qala-konsert olub, 2017-ci ilin populyar hitləri səsləndirilib.

   Festivalın ilk günündə səhnəyə Vera Brejneva, Qriqori Leps, Emin, Loboda, Ani Lorak, Valeriya, Qlyuk'oza, Anita Tsoy, Jah Xalib, Maks Barskix, PotapNastya, Yeqor Krid və başqaları çıxıblar.

 

   Hər gün 35-40 soloduet ifa səslənəcək

  

   İyulun 28-də festival konsertinin birinci hissəsində Ani Lorak, PotapNastya, Timur Rodrigez, Artik & Asti, Loboda, MBAND qrupu, Slava, Alekseyev, Valeriya, Qriqori Leps, "Vremya i Steklo", Emin, İrina Dubtsova, Qlyk'oza, Jasmin, Lev Leşşenko, Polad Bülbüloğlu və başqalarının iştirakı ilə qala-konsert təqdim ediləcək. Konsertin ikinci hissəsində isə Sofiya Rotaru ən yaxşı hitlərini səsləndirəcək.

   İyulun 29-da festivalın səhnəsini Filip Kirkorov, A'Studio, Valeri Meldadze, Ani Lorak, Dima Bilan, Layma Vaykule, Kristina Orbakayte, Diana Arbenina, Aleksandr Panayotov, Slava, Aleksandr Revva, Vladimir Presnyakov, Stas Mixaylov, Oleq Qazmanov, Dmitri Malikov, Anjelika Aqurbaş, Darya Antonyuk və başqaları bölüşəcəklər. Konsertin ikinci hissəsində Alla Puqaçova ən çox sevilən mahnılarını ifa edəcək.

   Festivalın sonuncu günündə - iyulun 30-da musiqi həvəskarlarını Qriqori Lepsin yaradıcılıq gecəsi gözləyir.

   “JARA-2017”nin aparıcıları Yana Çurikova, Andrey Malaxov Maksim Qalkindir.

   Festivalda hər gün 35-40 solo duet səslənəcək. Bu il çoxsaylı tamaşaçı tutumu olan fan-zona yaradılıb, VIP-masalar istisna olmaqla, 2 min oturacaq quraşdırılıb.

 

 

Mədəniyyət.- 2017.- 28 iyul.- S.3.