Film komissiyası kino sənayesinin inkişafına təkan verəcək

 

 

   Komissiyanın vəzifələri kino ilə bağlı dövlət özəl qurumlar arasında əlaqəni, yerli film istehsalçılarının məlumat bazasını təmin etməkdən ibarətdir

  

   İyulun 26-da Nizami Kino Mərkəzində “British Council Azərbaycan”ın təşkilatçılığı ilə “Film komissiyasımodelinin tətbiqi ilə bağlı tədbir keçirildi.

   “British Council”in Azərbaycan üzrə direktoru Elizabet Vayt layihə haqqında məlumat verərək bildirdi ki, təmsil etdiyi qurum 2015-ci ilin aprel ayından Avropa İttifaqınınMədəniyyət yaradıcılıqproqramını həyata keçirir proqram 2018-ci ilədək davam edəcək. Layihənin əsas məqsədi müəyyən baza yaradaraq kino sahəsinə dəstək olmaqdır. Film komissiyası xarici kinematoqrafçıları Azərbaycanda film çəkməyə həvəsləndirmək, müvafiq investisiyaların ölkəyə daxil olmasını asanlaşdırmaq, xarici kinematoqrafçılarla yerli kino ictimaiyyəti arasındakı təcrübə mübadiləsini genişləndirmək, regional turizmin inkişafını dəstəkləmək baxımdan imkanlar yaradır.

   Qeyd olundu ki, komissiyanın yaradılmasına dair müvafiq icmalın işlənib hazırlanması işçi qrupun üzvü, ekspert Fikrin Bəktaşiyə həvalə edilib.

   Daha sonra çıxış edən Fikrin Bəktaşi Film komissiyasının layihəsi, konsepsiyası, strukturu, statusu, vəzifələri, Avropa İttifaqında film komissiyaları üçün hüquqi əsaslar, prosedur qaydalar, mövcud maliyyə güzəştləri, komissiyanın faydası digər məsələlər haqqında danışdı.

   Bildirdi ki, Film komissiyası ilə əlaqədar qısa analitik icmal gələcək illərdə Azərbaycanda fəaliyyət göstərəcək qurumun planlaşdırılması yaradılması prosesi üçün ilkin addımdır. Prosesin əsas sənədləri komissiyanın yaradılması üçün təklifləri əhatə edən qısa analitik icmaldan Avropa İttifaqının üzv ölkələri ilə müqayisəli təhlildən ibarətdir. Analitik icmalın nəticələri oktyabr ayında keçiriləcəkAzərbaycan milli mədəniyyət forumu”na təqdim ediləcək müzakirə olunacaq.

   Cəfər Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasının direktoru Müşfiq Hətəmov “Film komissiyasımodelinin tətbiqinin müsbət tərəflərindən danışdı. Diqqətə çatdırıldı ki, komissiyanın yaranmasında əsas məqsədlərdən biri yerlərdə yaradıcılıq kino sənayesinin mobil şəkildə fəaliyyət göstərməsinə zəmin yaratmaqdır: “Biz artıq bir neçə il əvvəl bu layihəni hazırlayıb Milli Məclisə təqdim etmişik. Komissiyanın əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycan kino sənayesinin dünya kinosunun tələblərinə cavab verməsidir”.

   Qeyd olundu ki, Film komissiyasının vəzifələri dövlətin multimediakino siyasətini, dövlət və özəl qurumlar arasında əlaqəni, yerli film istehsalçılarının məlumat bazasını təmin, yerli maddi-mədəni irsi təbliğ etməkdən ibarətdir. Komissiya beynəlxalq festival və tədbirlərdə yerli film istehsalçılarının təbliğini həyata keçirir. Xarici əlaqələrin qurulmasına, sponsor və maliyyə mənbələrinin əldə edilməsində iştirak edir. Beləliklə, komissiyanın fəaliyyəti kino sahəsində yerli mütəxəssislərin təcrübələrinin artırılmasına, çəkiliş məkanlarının yaradılmasına və beynəlxalq təcrübə mübadiləsinin inkişafına müsbət təsir göstərəcək.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2017.- 28 iyul.- S.5.