İslam həmrəyliyi mövzusunda regional konfrans
keçirilib
İyulun 25-də
Lerik rayon Mədəniyyət
mərkəzində “İslam
həmrəyliyi: müasir
çağırışlar və dini maarifləndirmə”
mövzusunda regional konfrans
keçirilib.
Regional konfransın birinci panelində çıxış
edən rayon İcra Hakimiyyəti başçısının
birinci müavini Cəlil Baxşiyev ölkəmizdə milli-mənəvi
dəyərlərə, dinə
hər zaman hörmət və qayğı ilə yanaşıldığını diqqətə çatdırıb.
Tədbirdə Dini Qurumlarla
İş üzrə
Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlının mövzu ilə bağlı məruzəsi dinlənilib.
Prezident İlham Əliyevin sərəncamı
ilə 2017-ci ilin ölkəmizdə “İslam
həmrəyliyi ili” elan olunmasının müasir dövrün çağırışlarını özündə ehtiva etdiyini vurğulayan M.Qurbanlı Azərbaycanın
islam mədəni
irsinin yaranması və qorunub saxlanılmasında önəmli
məkanlardan biri kimi tanındığını
bildirib.
Komitə sədri qeyd
edib ki, ölkəmizdə tarixən
mövcud olan dini dözümlülük
ənənələrinin qorunması
və inkişafı,
eləcə də multikultural dəyərlərin
təbliği Azərbaycan
dövlətinin əsas
prioritetlərindəndir.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə
üzrə qazısı
Qəni Axundzadə dövlətimizin dinə və dindarlara qayğısından, ənənəvi
dini dəyərlərin
tanıdılmasından, bu
dəyərlərin keçdiyi
tarixi mərhələlərdən
danışıb.
Lerik
şəhərindəki Heydər Əliyev Mərkəzində
gənclərin iştirakı ilə keçirilən
konfransın ikinci panelində “Dini radikalizmlə mübarizə və gənclərin
maarifləndirilməsi” mövzusunda
müzakirələr aparılıb.
Mədəniyyət.- 2017.- 28 iyul.-
S.7.