Əsl halvanı Azərbaycanda dadmaq mümkündür

 

 

   Euronews” kanalında Şəki halvası barədə süjet yayımlanıb

  

   Euronews” telekanalının “Postcards” proqramı Şəki halvası barədə süjet yayımlayıb. Süjetdə Şəki halvasının hazırlanmasından, özünəməxsus dadından söhbət açılır.

   Verilişin aparıcısı Avrora Velez bildirir ki, əsl halvanı yalnız Azərbaycanda dadmaq mümkündür və hər regionun öz resepti var. Ən dadlı halva Şəkidə hazırlanır. Ağzının dadını bilən adam Şəki halvasına biganə qalmaz.

   Aparıcının sözlərinə görə, Şəkidə halvanın resepti açıqlanmır. Bu resepti əsrlərdir nəsillikcə halva hazırlayanlar bilir.

   Süjetdə halvaçı Toğrul Vəliəhmədli bu şirniyyatın bəzi sirlərini bölüşür. A.Velezin fikrincə, halvanın hazırlanma sirrini öyrənmək və onu hazırlamaq üçün cəhd göstərmək əbəsdir. Sadəcə Şəkiyə gəlib halvanın dadına baxmaq lazımdır.

 

Mədəniyyət.- 2017.-28 iyul.- S.9.