“Azərbaycan musiqi
qruplarının geyim ənənələri”
Milli Geyim Mərkəzi və Moda Evinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Azərbaycan musiqi qruplarının geyim ənənələri” adlı kitabı çapdan çıxıb.
Elmi-metodik vəsaitdə tarixi inkişafın müxtəlif dövrlərində Azərbaycanda yaranan peşəkar rəqs ansambllarının, habelə özfəaliyyət və uşaq rəqs qruplarının milli geyim növləri, onların inkişaf xüsusiyyətlərindən bəhs edilir, xalq sənətkarlarının və müasir rəssamların, modelyerlərin bu sahədə fəaliyyəti diqqətə çatdırılır.
Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının Elmi şurası tərəfindən çapa tövsiyə olunan
nəşrin elmi redaktoru
sənətşünaslıq üzrə elmlər doktoru Sevil Sadıxova, rəyçisi
sənətşünaslıq üzrə elmlər doktoru, professor, Əməkdar
incəsənət xadimi Kübra
Əliyevadır. Qeyd edək ki, bundan öncə G.Xəlilovanın
Azərbaycan milli geyiminin
Avropada təbliğinə dair
kataloqu çap olunub.
Mədəniyyət.- 2017.-28 iyul.- S.12.