“Sənsiz mahnı yoxdur

 

 

 

   Mayın 31-də Moskvada, Kreml Sarayında dünya şöhrətli Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 75 illiyi münasibətilə “Sənsiz mahnı yoxdur” adlı konsert proqramı təşkil edilib. Müğənninin xanımı, məşhur opera müğənnisi, SSRİ Xalq artisti Tamara Sinyavskaya da tamaşaçılar arasında olub.

   Konsertdə Müslüm Maqomayevin məşhur mahnıları “XXI əsrin tenorları” art layihəsinin solistləri və dirijor Dmitri Yurovskinin rəhbərliyi ilə Moskvanın “Russkaya filarmoniyasimfonik orkestri tərəfindən ifa edilib.

 

Mədəniyyət.- 2017.- 2 iyun.- S.2.