Musiqi məktəbinin yubiley konserti
Azərbaycan Milli Konservatoriyasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şövkət Ələkbərova adına 20 saylı 11 illik musiqi məktəbinin 50 illik yubileyi ilə əlaqədar konsert keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Sevda Məmmədova açaraq 28 May - Respublika Günü münasibətilə iştirakçıları təbrik edib. Sonra Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov çıxış edərək 50 illik yubiley münasibətilə məktəbin kollektivinə xoş arzularını çatdırıb.
Yubiley ilə əlaqədar tədris ocağının 11 qabaqcıl müəllimi idarənin fəxri fərmanları ilə təltif edilib.
Sonra konsert proqramı təqdim olunub. Məktəbin xalq çalğı alətləri orkestri, nağaraçalanlar və
skripkaçalanlar ansambllarının
çıxışları, solo nömrələr ilə zəngin proqram maraqla qarşılanıb.
Sonda Azərbaycan Milli
Konservatoriyasının prorektoru
Malik Quliyev çıxış edərək
musiqi məktəbinin
şagird və müəllim heyətini peşəkar səviyyədə
təqdim olunan konsertə görə təbrik edib, kollektivə uğurlar arzulayıb.
Mədəniyyət.- 2017.- 2 iyun.-
S.4.