Xalq artisti ad gününü səhnədə
qeyd edib
Xalq artisti Şükufə
Yusupova ad gününü
Azərbaycan Dövlət
Musiqili Teatrının
səhnəsində qeyd
edib.
Teatrın mətbuat xidmətindən
bildirilib ki, aktrisa Xalq yazıçısı
İlyas Əfəndiyevin
“Mənim günahım”
pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərində
tamaşaçılar qarşısına
çıxıb. Tamaşa bu
dəfə də alqışlarla qarşılanıb.
Qeyd edək ki, səhnə əsərində
rolları Şükufə
Yusupova ilə yanaşı, Əməkdar
artist İlham Hüseynov
və gənc balet ifaçısı Cəlalə Novruzlu ifa edirlər.
Tamaşanın
quruluşçu rejissoru
Gəncə Dövlət Dram
Teatrının baş rejissoru
İradə Gözəlova, dirijoru Əməkdar
incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysteri Yelena Ağayeva, quruluşçu
rəssamı Gəncə Dövlət Dram
Teatrının rəssamı Elnur Axundov, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin
Dadaşovdur.
Mədəniyyət.- 2017.- 2 iyun.-
S.5.