Əməkdar artistin “Yaranış” kompozisiyası
təqdim olunub
Mayın 30-da Beynəlxalq Mətbuat Mərkəzində
nağara ifaçısı,
Əməkdar artist Kamran
Kərimovun “Yaranış”
kompozisiyası və klipinin təqdimatı keçirilib. Kompozisiyanın ərsəyə gəlməsində
2 davul və bir qoşanağara və əlavə 4 nağaranın müşayiətindən
istifadə edilib.
Musiqiçi kompozisiyanın yaranması
ilə bağlı fikirlərini bölüşərək
bildirib ki, ifalarında görkəmli
nağaraçıların üslubundan yararlanıblar:
“Düşündüm ki,
ifam fərqli alınsın. Çünki nağara tək
zərb aləti deyil, bu alətin
özəlliklərini göstərmək
istədim. Klipdə
isə dramaturji xətt yaratmağa çalışdım, çox
məsuliyyətli bir iş idi”.
Tədbirdə
Milli Konservatoriyanın
rektoru, professor Siyavuş
Kərimi, bəstəkar,
Əməkdar incəsənət
xadimi Vaqif Gərayzadə, xanəndə,
Xalq artisti Nəzakət Teymurova və başqaları çıxış edərək
K.Kərimovun ifası
ilə bağlı fikirlərini bölüşüblər.
Bildirilib
ki, o, bu gün nağara ifaçılığında öz
dəst-xətti ilə
seçilən müşayiətçilərindəndir.
O da qeyd olunub ki, belə
layihələr dəstəklənməli
və genişlənməlidir
ki, dinləyicinin müqayisə etmək imkanı olsun.
Qeyd edək ki, rejissoru Samir Qulamov olan “Yaranış”
kompozisiyasının ərsəyə
gəlməsinə Mədəniyyət
və Turizm Nazirliyi ilə “Qobustan” Milli tarixi-bədii qoruğu dəstək verib.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 2 iyun.-
S.6.