Naxçıvanın turizm potensialının
tanıdılmasında medianın
rolu
Mayın 31-də Naxçıvan Dövlət Universitetində
Azərbaycanın kütləvi
informasiya vasitələrinin
rəhbərlərinin, muxtar
respublikanın media orqanları
əməkdaşlarının iştirakı ilə “Naxçıvanın turizm
potensialının tanıdılmasında
medianın rolu" mövzusunda konfrans keçirilib.
Konfransda universitetin tədris
işləri üzrə
prorektoru, dosent Surə Seyid Naxçıvan Dövlət
Universitetinin keçdiyi
inkişaf yolu haqqında məlumat verib. Prorektor bu ali təhsil müəssisəsi
ilə ölkəmizdə
fəaliyyət göstərən
mətbu orqanlar arasında əlaqələrin
bundan sonra daha da möhkəmlənəcəyinə
əminliyini ifadə edib, media nümayəndələrini
Azərbaycanın qədim
dilbər guşəsi
olan Naxçıvanın
turizm potensialının
təbliğində fəal
iştirak etməyə
dəvət edib.
Prezident yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli ölkənin aparıcı
media rəhbərlərinin Naxçıvana səfərinin
sayca ikinci olduğunu bildirib. Qeyd edib ki, ötən
ilin oktyabrında reallaşan səfər zamanı biz tarixi və mədəni abidələrlə zəngin
olan Naxçıvanın
böyük turizm potensialına malik olduğunu bir daha gördük. Bu konfransın keçirilməsində
əsas məqsəd ölkəmizin aparıcı
kütləvi informasiya
vasitələrində Naxçıvanın
mövcud turizm potensialının tanıdılmasına,
təbliğ edilməsinə
töhfə verməkdən
ibarətdir.
Konfransda Naxçıvan Dövlət
Universitetinin müəllimi
Şəhla Şirəliyevanın,
“Şərq qapısı”
qəzetinin əməkdaşı
Əli Cabbarovun, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlunun, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digərlərinin çıxışları
dinlənilib. Çıxışlarda Naxçıvanın turizm
potensialının tanıdılmasında
medianın rolundan danışılıb, bu
sahədə əlaqələrin
genişləndirilməsi üçün
təkliflər səsləndirilib.
Qeyd olunub ki, qeyri-neft sektoru üzrə respublikamızın
turizm gəlirlərinin
həcmi ildən-ilə
artmaqdadır. Naxçıvan da ölkəmizin mühüm turizm bölgələrindəndir. Muxtar respublikanın turizm potensialı turistlərin diqqətini cəlb edir. Turistlərə
xidmət göstərən
gömrük-keçid məntəqələri,
beynəlxalq hava limanı, yol-nəqliyyat infrastrukturu, müasir standartlara cavab verən mehmanxanalar, zəngin milli mətbəx təklif edən yeməkxana və restoranlar, qədim və zəngin tarixi-mədəni
irs Naxçıvana
gələn turistlərin
sayının artmasına
səbəb olub. Naxçıvan müalicə-rekreasiya, dini-ziyarət məqsədilə
səyahət edən
turistlərin ən çox müraciət etdikləri məkana çevrilib.
Diqqətə
çatdırılıb ki, formalaşan turizm
potensialından səmərəli istifadə etmək üçün tələb olunan
çox ciddi təşkilati-kadr
məsələləri ilə yanaşı, sözsüz
ki, təbliğat mexanizminin
də uğurlu olması mühüm
amildir. Bu
baxımdan, məqsədyönlü şəkildə həyata
keçirilən təbliğat vasitəsilə turizmdən əldə
olunan nəticələri dəfələrlə
yaxşılaşdırmaq mümkündür.
Mədəniyyət.- 2017.- 2 iyun.-
S.7.