Turizm statistikasının təkmilləşdirilməsi
üzrə işçi qrupun
ilk iclası
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Turizm Şurası haqqında Əsasnamə”yə uyğun olaraq ölkəmizdə etibarlı turizm statistikasının hazırlanması istiqamətində müvafiq mexanizm və təkliflərin hazırlanması, turizm statistik hesabatlılıq sisteminin yaradılması, beynəlxalq TSA (Turizm Köməkçi Hesabları) sistemində tələb edilən əsas göstəricilər üzrə məlumatların əldə edilməsi üçün araşdırma və təhlillərin aparılması məqsədilə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət İşçi qrupu yaradılıb.
Mayın 30-da mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun sədrliyi ilə İqtisadiyyat Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank və digər qurumların nümayəndələrindən ibarət İşçi qrupun 1-ci görüşü keçirilib.
İclasda Nazim Səmədov Azərbaycanda turizm statistikasının hazırlanmasında inkişafın müşahidə olunduğunu, lakin buna baxmayaraq bu sahədə bir sıra həll olunmamış məsələlərin qaldığını və bu məsələlərin aradan qaldırılması istiqamətində işlərin aparılmasının vacibliyini vurğulayıb.
Bildirilib ki, ölkədə son illər turizm sahəsinə dair bir sıra islahatlar
aparılıb. Bu islahatların
nəticələrini müşahidə
etmək üçün
turizm statistikası xüsusi önəm kəsb edir. Eyni zamanda turizmin ölkə iqtisadiyyatına
verdiyi töhfənin müəyyən olunması
baxımından statistik
hesablamaların düzgün
təşkil edilməsi
vacibdir.
İclasda turizmin ümumi daxili məhsulda çəkisi, xarici turistlərin sayı, onların xərclədikləri
vəsaitin məbləği,
turizm sahəsinə qoyulan yerli və
xarici investisiyalar, xarici turistlərin gecələmələrinin sayı,
getmə turistlərin
sayı və s. məsələlər müzakirə
edilib.
Mədəniyyət.-
2017.- 2 iyun.- S.9.