Səhnə cazibəsi

 

 

   Xalq artisti Rza Xudiyevin yaradıcılığının estetik səciyyələri

  

   Yüz qırx yaşına doğru inamla addımlayan Naxçıvan teatrının zəngin yaradıcılığında qüdrətli aktyorlar, məşhur rejissorlar olub. Teatrın formalaşmış aktyor məktəbinin sınaqlardan çıxmış ənənələri bu gün də ləyaqətlə, yüksək yaradıcılıq ehtirası, səhnəyə alovlu məhəbbət eşqi ilə davam edir. Bu yolda inamla, cəsarətlə, yaratmaq ehtirasıyla addımlayan sənət aşiqlərindən biriXalq artisti Rza Xudiyevdir.  

   Rza 1962-ci il mart ayının 5-də Culfa rayonunda doğulub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram kino aktyorluğu fakültəsində təhsil alıb (1982-1987). 1987-ci ildən Naxçıvan Dövlət Musiqili Dram Teatrının truppasındadır. Tez bir zamanda parlaq istedadını nümayiş elətdirə bilib hazırda teatrın aparıcı aktyorlarındandır. bu aktyorun ifadə vasitələrinin, sənətkarlıq qabiliyyətinin orijinal estetik səciyyələri formalaşıb.

   Sual oluna bilər: Rzanın aktyorluq qabiliyyəti hansı estetik səciyyələri ilə seçilir? Onun özünəməxsus xüsusiyyətləri hansılardır?

   Haqlı suallar olar mənim məqsədim bu kiçik yazıda həmin keyfiyyətləri öz qənaətlərim əsasında ümumiləşdirib oxuculara çatdırmaqdır.

   Rza Xudiyev ilk növbədə, yüksək səhnə mədəniyyəti, daxili zənginliyi, ifadə vasitələrinin orijinallığı estetik tənasübü ilə seçilir. İfa etdiyi obrazlar, xarakterindən asılı olmayaraq, parlaq insani cizgiləri, canlılığı həyatiliyi, realist təsir gücü ilə tamaşaçılarda müsbət emosional duyğular oyadır. Aktyorun istedadı çoxyönlüdür, daxili duyğuları zəngindir buna görə yaratdığı səhnə obrazları müxtəlifdir, təzadlıdır, qəhrəmandır, tip-xarakterdir s.

   Tarixi şəxsiyyətləri, qəhrəmanları ifa edəndə həmin obrazların ictimai-sosial mənsubiyyəti ilə mənəvi-psixoloji xüsusiyyətlərini ahəngdar vəhdətdə verir. Belə yanaşma tərzində aktyor bütöv xarakterik səhnə obrazı təqdim edə bilir. Atilla (“Atillanın atlıları”, Nəbi Xəzri), Toğrul bəy (“Atabəylər”, Nəriman Həsənzadə), Sisyanov (“Hökmdar qızı”, İlyas Əfəndiyev) obrazlarının ifasında aktyor səs, plastika, daxili ritm ifadə vasitələrinin harmoniyası ilə mürəkkəb, cazibəli, bir-birindən fərqli xarakterlər oynayıb.

   Rza Xudiyevin istedadının bir hüsnü orasındadır ki, aktyor zaman məkan xronotopunu pozmadan tarixi keçmişlə müasirlik arasında ünsiyyət körpüsü yarada bilir. Bu ünsiyyət körpüsü bədii hüsnü təravətində, emosional ülviyyətindədir.

   Rza Xudiyevin çox zəngin müxtəlif çalarlı, əlvan xarakterik səciyyəli ritm formaları var. Aktyor obrazın psixoloji estetik səciyyələrinə uyğun olaraq həmin ritmin mahiyyət xarakter ahəngini dəyişir. Onun daxili emosional duyğuları hərəkət plastikası ilə tənzimlədiyi ritm ahəngi Molla Abbasda (“Dəli yığıncağı”, Cəlil Məmmədquluzadə) faciəvi-fəlsəfi, Fərhadda (“Fərhad Şirin”, Səməd Vurğun) lirik-romantik, Səyavuşda (“Səyavuş”, Hüseyn Cavid), dramatik-romantik, Arifdə (“İblis”, Hüseyn Cavid) fəlsəfi ləngərli, Zurabda (“Şəhərli kürəkən”, Ramiq Muxtar) lirik-psixoloji, Naçalnikdə (“Qurbanəli bəy”, Cəlil Məmmədquluzadə) satirik qroteskli, Qədirdə (“Dirilən adam”, Mir Cəlal) tragikomik səciyyəli, Teymur ağada (“Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə) psixoloji-lirik komizm, Göyçək kababçıda (“Dəyirman”, Mövlud Süleymanlı) qaravəlli çalarlı ziqzaqlı mürəkkəb dramatik xarakter daşıyır.

   Əsərin mövzusundan, tamaşanın janrından, obrazın xarakter səciyyəsindən asılı olmayaraq, Rza daxilən kübarlığını zahiri hərəkətlərində, səhnə davranışında həssaslıqla qoruya bilir. Buna görə klassik çağdaş Avropa dramaturqlarının pyeslərinin tamaşalarında oynadığı Vədad bəy (“Dodaqdan qəlbə”, Rəşad Nuri Güntəkin), Ebin (“Qaraağaclar altında məhəbbət”, Yucin O’Nil), Doktor Dalbanezo (“Kəllə”, Nazim Hikmət) surətlərinin mənsub olduğu cəmiyyətin müxtəlif etik davranışlarını, insanlarla ünsiyyətlərini ustalıqla, bədii reallıqla canlandırır.

   Rza Xudiyev dramatik-faciəvi lirik-psixoloji obrazları eyni təravətlə eyni cazibədarlıqla ifa edir.

   İfadə vasitələrinin zənginliyi, daxili emosiyasının hərəkət plastikası ilə üst-üstə düşməsi, coşqun səhnə ehtirası onun ifalarını daha da baxımlı mənalı edir.

   Oynadığı obrazın ictimai-sosial mənsubiyyətini dərindən mənimsəyərək ona xarakterik cizgilər verə bilir.

   Faciə rollarında daxili ehtirasını romantik-dramatik çalarlarla zənginləşdirməkdə zəngin təcrübəsi var. Belə rolları ifa edərkən, əsasən, daxili ehtirası ilə səhnə hərəkətlərindəki cazibənin vəhdətinə güvənir.

   Düşünməyi, obrazın ikinci-üçüncü planlarını da ifadə etməyi ustalıqla səhnədə reallaşdırır. Bunun üçün əsas ideyaya, mövzunun mahiyyətinə oynadığı obrazın inkişaf xəttinə, konfliktdə daşıdığı məna yükünə əsaslanır.

   Xarakterin fikir yükünü, əsas ideyada daşıdığı məna tutumunu psixoloji dərinliklə səlis məntiqlə reallaşdırır.

   Mənimsəyib cilaladığı çılğın romantizmi istənilən lirik ahəngə yönəltməkdə səriştəlidir. Məhz bu bacarığı onun romantik-psixoloji rollarını bir-birindən fərqləndirir.

   Səhnəni bütün mürəkkəb mizanlarda aydın görməkdə duymaqda həssasdır. Üstəlik səhnədəki çox dramatik vəziyyətlərdə yöndaşlarına səmimi diqqətcildir. Onun sadəliyində məlahətli cazibə var.

   Tamaşaçılar Rzanın bu sənətkarlıq keyfiyyətlərini lirik-psixoloji, psixoloji-dramatik, komik-dramatik, qroteskli, satirik çalarlı, həzin yumorlu Birinci mən (“Ultimatum”, Rüstəm İbrahimbəyov), İlham (“Şəhidlər”, Rafiq Səməndər), Fərraş (“Bir alov ki, haqdan yana”, Oqtay Məmmədov), Behbud ağa Şahtaxtinski (“Araz sahilində doğan günəş”, Həsənəli Eyvazlı), Şaiq müəllim (“Sahilsiz çaylar”, Elman Həbib), Pəriş, Akif, Əmir Altun (“Məhəbbət mərhəmət deyil”, “İtilənən xəncərlər” və “Əlincə qalası”, Həmid Arzulu), Əmir Əhməd (“Məhsəti”, Kəmalə Ağayeva), Çar Uruz (“Pompeyin Qafqaza yürüşü”, Nəriman Həsənzadə), Sərvər, Əsgər (“Məşədi İbad” və “Arşın mal alan”, Üzeyir bəy Hacıbəyli), Heydər bəy (“Hacı Qara”, Mirzə Fətəli Axundzadə), Nəcəf (“Koroğlu nəsli”, Həsən Elsevər), Direktor (“Ərsizlər və arsızlar”, Həmid Arzulu), Cəbi (“Koroğlu nəsli”, Həsən Elsevər), Baş redaktor (“Mənim sevimli dəlim”, Elçin), Qulu, Qırxanov (“Kələkbaz qızlar” və “Arzum çin oldu”, Rauf İçərişəhərli), Nemət Səmədzadə (“Bu dünyanın adamları”, Hidayət), Molla Nəsrəddin (“Sizi deyib gəlmişəm”, Anar) kimi rollarda heyranlıqla bəyəniblər.

   Aktyorun ifadə palitrasında yumorlirizmin xüsusi çalarları var. Bu çalarlar bir-birindən seçilməklə yanaşı, səmimiyyəti, təbii reallığı, füsunkarlığı, emosional cazibəsi, müəyyən bir insani xüsusiyyəti həssaslıqla təcəssüm etdirməsi ilə göz oxşayır.

   Rza Xudiyev aktyor səmimiyyətini, aktyor məlahətini ekran əsərlərində də ləyaqətlə qoruyub sənət dilinə çevirə bilir. General Həzi Aslanova həsr olunmuşSizi dünyalar qədər sevirdim” filmində qəhrəmanın kiçik qardaşı roluna, həmçinin “Sürəyya” (Seyfəddin), “Şahid qız” (Orxan), “Tale yükü” (Rəsul) kinolentlərinə çəkilib.

   Muxtar respublikanın, geniş mənada Azərbaycan səhnə sənətinin sayılıb-seçilən simalarından olan Rza Xudiyev 2014-cü ilin mart ayından Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktorudur. Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl dərviş” mükafatı laureatıdır, Azərbaycan Respublikasının Əməkdar artistiXalq artisti fəxri adları ilə təltif edilib. Bunlar aktyorun sənətinə verilən qiymət, inzibatçılıq bacarığına olan inamdır.

   Kamillik dövrünü yaşayan Rza Xudiyevin sənətkar kimi əsas xoşbəxtliyi ondadır ki, onun istedadının möhtəşəmliyinə, yaradıcılıq qabiliyyətinin gücünə, daxili sənət ehtirasının coşqunluğuna tamaşaçıların inamı günü-gündən daha füsunkar cazibə ilə artır. Sevindirici, fərəh doğuran, qürur gətirən birodur ki, dediyim bu istedad gücündə həmişə sənətkara bəslənən səmimi ehtiram və tükənməz məhəbbət var.

  

   İlham Rəhimli

 

Mədəniyyət.- 2017.- 2 iyun.- S.12.