Mədəniyyət və turizm
naziri İsrailin
ölkəmizdəki səfiri ilə görüşüb
İyunun 6-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsrail Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Dan Stavı qəbul edib.
Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
Söhbət zamanı iyunun 7-də İsrailin Azərbaycandakı səfirliyinin təşkilatçılığı və nazirliyin dəstəyi ilə Azərbaycan Dövlət Filarmoniyasında iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunmuş tədbirin proqramı nəzərdən keçirilib.
Səfir Dan Stav İsrail tərəfinin hər il təşkil olunan Bakı Beynəlxalq Caz Festivalında daha aktiv iştirak etmək niyyətində olduğunu bildirib.
Nazir Əbülfəs Qarayev mədəniyyət və incəsənət sahəsi ilə yanaşı, ölkələrimizin turizm sahəsində əməkdaşlığı üçün perspektivlərin olduğunu diqqətə çatdırıb.
Nazir Azərbaycanda turizm imkanlarının genişləndirildiyini
və müvafiq infrastrukturun
yaradıldığını, həmçinin iki ölkə arasında birbaşa
aviareyslərin mövcudluğunu nəzərə
alaraq, ölkəmizin İsraildən gələn
turistlər üçün daha cəlbedici olacağına və bu istiqamətdə turist
axınının artacağına inamını ifadə
edib.
Mədəniyyət.-2017.- 7 iyun.- S.2.