Dünya Turizm Təşkilatı
Avropa Regional Komissiyasının
toplantısı
İyunun 6-da Moldovanın paytaxtı
Kişineuda Birləşmiş
Millətlərin Dünya
Turizm Təşkilatı
Avropa Regional Komissiyasının
61-ci toplantısı işə
başlayıb. 42 ölkənin turizm sahəsi üzrə səlahiyyətli şəxslərinin
qatıldığı toplantıda
mədəniyyət və
turizm nazirinin müavini Nazim Səmədov iştirak edir.
Tədbirə Dünya Turizm Təşkilatının qoşulmuş
üzvü (Affiliate member) - Bakı Turizm İnformasiya Mərkəzinin
direktoru Zakir Əliyev də qatılıb.
Toplantıda təşkilatın baş katibinin müvafiq dövr üzrə hesabatı dinlənilib, 2016-2017-ci illər
üzrə ümumi proqrama əsasən qlobal, regional və qoşulmuş üzvlər
tərəfindən görülmüş
işlərə dair hesabatlar təqdim olunub.
Bununla yanaşı, DTT-nin Proqram və
Büdcə, Turizm və Davamlılıq, Turizm və Rəqabət, Statistika komitələri tərəfindən
müvafiq hesabatlar iştirakçıların diqqətinə
çatdırılıb. Həmçinin turistlərin və
turizm xidmətləri
təminatçılarının hüquq və vəzifələrinin qorunması
üzrə konvensiya layihəsi müzakirə olunub.
Nazir müavini Nazim
Səmədov təşkilatın
“Turizm etikası üzrə Konvensiya”sının
hazırlanması məqsədilə
yaradılmış işçi
qrupun rəhbəri kimi çıxış edərək, qrupun gələcək fəaliyyəti
haqqında məlumat verib.
Toplantıda həmçinin 2018-2019-cu illər
üzrə tədbirlər
planına əsasən
görüləcək işlər,
DTT Baş Assambleyasının
təşkili ilə bağlı hazırlıq
işləri, həmçinin
qurumun Avropa Regional Komissiyasının növbəti,
62-ci toplantısının keçiriləcəyi yer
və tarixlə bağlı məsələlər
müzakirə olunacaq.
Xalq Cəbhəsi.- 7 iyun.- S.4.