Turizm potensialının elmi təşviqi

 

 

 

   AMEA-da dəyirmi masa keçirilib

  

   İyunun 6-da AMEA-nın konfrans zalında Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz AMEA-nın Gənc Alimlər Mütəxəssislər Şurası ilə birgə təşkilatçılığı iləAzərbaycan turizm potensialının elmi təşviqimövzusunda dəyirmi masa keçirilib. Tədbir iki qurum arasında imzalanmış anlaşma memorandumu çərçivəsində gerçəkləşib.

   Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin SalmanovElmi-Metodik Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyevin iştirak etdiyi tədbirdə turizmin iqtisadiyyatın güclü amili, təsirli sosial institutu, cəmiyyətdə ictimai rifahın və mədəniyyətin göstəricisi kimi insanın həyat səviyyəsinin yüksəlməsində əhəmiyyəti diqqətə çatdırılıb.

   Dəyirmi masada mövzulardan biri kimi turizm sahəsində milli keyfiyyət sisteminin təşviqi və fəaliyyət planı xüsusi olaraq müzakirə olunubgeniş fikir mübadiləsi aparılıb.

 

 

Xalq Cəbhəsi.- 7 iyun.- S.4.