Firəngiz Əlizadənin 70 illik yubileyi qeyd olundu

 

 

   İyunun 2-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Bəstəkarlar İttifaqının sədri, respublikanın Xalq artisti, UNESCO-nunSülh artisti”, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

   Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmilər, millət vəkilləri, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əvvəlcə yubilyarı təbrik etdi. Bəstəkarın yaradıcılığından söz açan nazir qeyd etdi ki, Firəngiz Əlizadə öz istedadını musiqimizin müxtəlif janrlarında sınayıb, bir-birindən maraqlı, rəngarəng opera, balet, instrumental, vokal, simfonik, xorkamera əsərləri yaradıb. Müasirlikmilli musiqi ənənələrinin parlaq təcəssümü onun yaradıcılığına xas olan cəhətdir.

   Vurğulandı ki, Firəngiz Əlizadə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox uzaqlarda uğurla təbliğ edir, “Muğam aləmi” və “İpək Yolu” beynəlxalq musiqi festivallarının bədii rəhbəri kimi bu mühüm musiqi layihələrinin reallaşmasına öz töhfəsini verir. Bəstəkarın “İntizar”, “Sənin adın Dənizdir”, “ atlı oğlan” operaları, “Boş beşik” və “Stadt-Qraniza” baletləri, müxtəlif ansambl tərkibi üçün “Habilsayağı”, “Muğamsayağı”, “Oazis”, “Dərviş”, “Abşeron”, “Silk road”, violonçelorkestr üçün konsert və digər əsərləri ilə musiqi xəzinəmizi zənginləşdirib: “Daim yaradıcılıq axtarışlarında olan Firəngiz xanım bu günöz sənət ənənəsinə sadiqdir. İnanırıq ki, görkəmli sənətkarın əsərləri bundan sonra da dünyanın ən məşhur konsert salonlarında səslənəcək”.

   Mədəniyyət və turizm naziri ölkə Prezidentinin sərəncamına əsasən təltif olunmuş yubilyara “Şərəf” ordenini təqdim etdi.

   Firəngiz Əlizadə çıxış edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi, bu ordeni bütövlükdə Azərbaycan bəstəkarlıq məktəbinə və bu məktəbin böyük simalarının zəhmətinə verilən qiymət kimi dəyərləndirdi.

   Xalq artisti Azərbaycan mədəniyyətinin təbliği istiqamətində reallaşdırılan böyük layihələrə görə Heydər Əliyev Fonduna və hər zaman yaradıcı insanlara xüsusi diqqət və qayğı göstərən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürünü ifadə etdi. Yubilyar Azərbaycan musiqisinin təbliği naminə bundan sonra da əzmlə çalışacağını dedi.

   Görkəmli bəstəkar yubiley gecəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY tərəfindən də mükafatlandırıldı. TÜRKSOY-un baş katibi Düsen Kaseinov yubilyarı təbrik edərək onun təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının fəxri olduğunu vurğuladı. O, TÜRKSOY-unOnur” (“Şərəf”) medalını F.Əlizadəyə təqdim etdi.

   Çıxışlardan sonra tədbir konsert proqramı ilə davam etdi. Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Azərbaycan Dövlət Xor Kapellasının konsertində bəstəkarın “Fortepiano orkestr üçün konsert”, “İntizaroperasından Əslinin ariyası, xor, orkestr solistlər üçünNasimi Passion” əsərləri səsləndirildi.

  

   Savalan Fərəcov

  

 

Xalq Cəbhəsi.- 7 iyun.- S.5.