Mərkəzi incəsənət məktəbinin
konsert proqramları
Qara Qarayev adına Mərkəzi incəsənət məktəbində beynəlxalq və respublika müsabiqələri laureatı, VIII sinif şagirdi, gənc tarzən Kənan Namazovun solo konserti keçirilib.
Əvvəlcə musiqişünas Leyla Həsənova çıxış edərək Kənanın 2016-2017-ci il tədris ilində qazandığı uğurlardan danışıb. Qeyd edilib ki, istedadlı şagird "Bakı payızı-2016", "Harmony", "Testene-Art-Baku" kimi beynəlxalq və bir çox respublika müsabiqələrində laureat adını qazanıb. Bu uğurların arxasında onun çalışqanlığı ilə yanaşı, müəllimi Nurlan Cəfərlinin əməyi dayanır.
Konsertmeyster Sevinc Kərimova, həmçinin Elvin İbalı (kamança), Fərhad Həsənov (xanəndə) və Rəhman Quluzadənin (nağara) çıxış etdiyi konsert proqramında Kənanın yüksək səviyyədə ifa etdiyi “Zabul Segah” muğamı, A.Vivaldinin "Storm" ("İlin fəsilləri"ndən), V.Adıgözəlovun “Laylay”, A.Rubinşteynin "Əndəlus qızı", H.Rzayevin “Çahargah rapsodiyası”, S.Əliyevanın “Ana", Ş.Axundovanın "Mehriban olaq" və s. musiqi nömrələri alqışlarla qarşılanıb.
* * *
İyunun 3-də Qara Qarayev adına Mərkəzi
incəsənət məktəbinin təşəbbüsü
və “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin
təşkilati dəstəyi ilə İçərişəhər
açıq səma altında qalereyada
Beynəlxalq uşaqları müdafiə gününə həsr
olunmuş tədbir
keçirilib. Tədbirdə Mərkəzi
incəsənət məktəbi şagirdlərinin çəkdikləri
rəsmlər sərgilənib, məktəbin ansamblları
çıxış edib.
Xalq Cəbhəsi.- 7 iyun.- S.5.