“Nağıllardan gələn qız”

 

 

 

   Yeniyetmə pianoçunun konserti

  

   İyunun 5-də Milli İncəsənət Muzeyində G.Şaroyev adına 35 saylı Musiqi məktəbinin şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı Şirin Əmiraslanovanın “Nağıllardan gələn qız” adlı solo konserti oldu.

   Tədbirdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin, Milli İncəsənət Muzeyinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak edirdi.

   Konsertdən öncə məktəbin direktoru, Əməkdar müəllim Yusif Vəliyev çıxış edərək Şirin Əmiraslanova haqqında məlumat verdi. Qeyd etdi ki, Şirin 2007-ci ildə musiqiçi ailəsində dünyaya göz açıb. İlk musiqi təhsilini Xırdalan Musiqi məktəbində Arzu Manafovanın sinfində alıb. İlk uğurlara da bu məktəbdə imza atıb. Astana, Milan, İzmirs. şəhərlərdə keçirilən beynəlxalq müsabiqələrdə laureat olub. Bir ildir G.Şaroyev adına 35 saylı Musiqi məktəbində professor Siala Sinamdzqaşvilinin fortepiano sinfində oxuyur. Şirin bu il Fransa, BelçikaXorvatiyada keçirilən beynəlxalq müsabiqələrdə laureat olub.

   Sonra yeniyetmə pianoçunun konsert proqramı təqdim olundu. Şirin Əmiraslanovanın ifasında S.İbrahimovanınNağıllardan gələn qız”, “Şən karusel”, “Buludlar”, “Kitabı sevək”, habelə İ.S.Baxın, F.Şopenin əsərləri səsləndi. Məktəbin kiçik xorunun ifasındaMənim anam”, ”Uşaq dünyası”, “İpək Yolu”, kamera orkestrinin (bədii rəhbər dirijor Vaxtanq İmanov) müşayiəti ilə məktəbin böyük xorunun ifasında T.QuliyevinCəmilənin albomu”ndan 3 pyes - “Marş”, “Göl sahilindəGəzintiəsərləri təqdim olundu.

   Sonda məktəbin direktoru Yusif Vəliyev çıxış edərək Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyevə tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

  

   Savalan Fərəcov

 

Xalq Cəbhəsi.- 7 iyun.- S.6.