Kulinarlarımızın beynəlxalq çempionatlarda növbəti uğuru

 

 

 Tahir Əmiraslanov Dünya İslam Kulinariya Birliyinin vitse-prezidenti seçilib

  

   İyunun 2-də “Xanədanrestoranında Azərbaycan kulinarlarının Türkiyə Qırğızıstanda keçirilən beynəlxalq kulinariya çempionatlarında, eləcə İranda təşkil olunanİpək Yolufestivalında iştirakı ilə bağlı mətbuat konfransı keçirildi.

   Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov çıxış edərək məlumat verdi ki, aprelin 30-dan mayın 5-dək Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən çempionatda kulinarlarımız 1 komanda 4 fərdi yarışda iştirak ediblər. Komanda yarışında 1 gümüş, fərdi yarışlarda isə 2 gümüş, 2 bürünc medal qazanılıb. Yalnız türk ölkələrinin iştirak etdiyi çempionatda Qırğızıstan nümayəndələri bu ölkədə Azərbaycan milli mətbəxinin təamlarını təqdim edən restoranın açılmasını istəyiblər.

   Mayın 6-dan 8-dək kulinarlarımız Türkiyənin İzmir şəhərində keçirilən çempionata qatılıb. Bu kulinariya çempionatında Azərbaycanla yanaşı, Türkiyə, Serbiya, Fələstin, Rumıniya, Ukrayna, Almaniya başqa ölkələr iştirak edib. Kulinarlarımız 3 fərdi siniflərdə 3 qızıl, 1 komanda yarışında isə gümüş medal yarışların kubokunu qazanıblar.

   Azərbaycanın mətbəx ustaları mayın 8-dən 12-dək İranın Zəncan şəhərindəİpək Yolufestivalında da uğurla iştirak ediblər. Kulinarlarımız tərəfindən pomidor, badımcan, bibər dolması, çoban salatı, doğramac, qazan kababı, buğlama tərxun şərbəti hazırlanıb. Təmsilçilərimizə diplom hədiyyələr təqdim olunub.

   Tahir Əmiraslanov vurğuladı ki, mayın 13-də Türkiyənin İstanbul şəhərində Dünya İslam Kulinariya Birliyinin təsis konfransı keçirilib. Konfransda Azərbaycanla yanaşı 17 ölkə iştirak edib. Dünya İslam Kulinariya Birliyinin 4 rəsmi dili - türk, ərəb, ingilis rus dilləri qəbul olunub. Birliyin prezidenti Türkiyədən Gökhan Tufan, vitse-prezidenti isə Tahir Əmiraslanov seçilib.

  

   Fariz Hüseynov

 

 

Mədəniyyət.- 2017.- 7 iyun.-S.8.