SABAH qrupu tələbələrinin
tamaşası
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində SABAH qrupu tələbələrinin iştirakı ilə görkəmli ingilis yazıçısı Bernard Şounun “Piqmalion” əsərinin tamaşası təqdim edilib.
Tamaşa ingilis dilində II və III kurs aktyorluq və rejissorluq sənəti ixtisasında təhsil alan tələbələr tərəfindən nümayiş olunub. Əsərin hazırlanmasında tələbələr ilə Xoreoqrafiya sənəti və səhnə plastikası kafedrasının müdiri, dosent Ofeliya Zeynalova, Əməkdar artist Nofəl Vəliyev, SABAH mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova və müəllim Mahirə Hacıyeva məşğul olub.
Sonda universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva tamaşanı bəyəndiyini qeyd edərək, müəllim və tələbə heyətinə uğurlar arzulayıb.
Mədəniyyət.- 2017.- 7 iyun.-
S.10.