“Ayrılıq bir dənizmiş...”
Emin Sabitoğlunun
mahnılarından ibarət konsert
İyunun 3-də Heydər Əliyev Sarayında yüzlərlə unudulmaz və sevilən mahnının müəllifi, görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı keçirildi.
Nəğməli bağ formatında təqdim edilən proqramı Xalq artisti İlham Namiq Kamal və Azərbaycan Televiziyasının xanım aparıcıları təqdim etdilər. Ötənlərə səyahət, mahnıların tarixçəsi, ifaçıların xatirələri ilə zəngin olan konsert tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılandı. Yeni, fərqli səhnə və zal ilə birbaşa təmas illərlədir sevilərək dinlənilən musiqiləri tamaşaçı qəlbinə bir addım da yaxınlaşdırırdı.
Gecədə xalq artistləri Flora Kərimova, Brilliant Dadaşova, Azər Zeynalov, Samir Cəfərov, Gülyaz Məmmədova, Ənvər Sadıqov, əməkdar artistlər Aqşin Abdullayev, Zakir Əliyev, Lalə Məmmədova, Almaz Orucova, İnarə Babayeva, Rəşad İlyasov, müğənnilər Kamilə Nəbiyeva, Elton Hüseynəliyev, Səbinə Ərəbli, Taleh Yəhyayev, Emiliya Yaqubova, Zabitə Alıyeva, Rövşən Əziz, Nigar Şabanova, Nurlan Əzizbəyli, Ayşən Mehdiyeva, İlahə Əfəndiyeva, “Sevil” qrupu və başqalarının ifası musiqisevərlərin könlünü oxşadı.
Müğənniləri Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik orkestri, Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı və “Qaytağı” instrumental ansamblı müşayiət edirdi.
Proqramda bəstəkarın “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Payız gəldi”, “Bu gecə”, “Şükriyyə”, “Alagözlüm”, “Çiçək yağışı”, “Ayrılma məndən”, “Bağışla”, “Neyləyim”, “Aman ayrılıq”, “Qəlbimdə qaldın”, “Əlvida”, “Dərələr” və s. sevilən mahnıları səsləndirildi.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 7 iyun.-
S.13.