Kitabxanada böyük satirik şair yad edilib
İyunun 2-də Bakı Şəhər
Mədəniyyət və
Turizm Baş İdarəsinin Xətai
rayon MKS-də görkəmli
şair Mirzə Ələkbər Sabirin
(1862-1911) 155 illiyi ilə
əlaqədar ədəbi
kompozisiya təqdim olunub.
MKS-nin direktoru Oruc Quliyev, BDU-nun müəllimi,
sabirşünas alim Alxan Bayramoğlu, şair Zərəngiz Qayalı, digər çıxış edənlər
Mirzə Ələkbər
Sabirin həyat və yaradıcılığından
söz açıblar.
261 nömrəli
orta məktəbin, 28
nömrəli Laçın
orta məktəbinin və Humanitar liseyin şagirdlərinin ifasında kiçik səhnəcik və şairin şeirlərindən
ibarət ədəbi-bədii
kompozisiya təqdim olunub.
Şairin
nəvəsi, BDU-nun dosenti
Sevda Tahirzadə tədbirin təşkilinə
görə kitabxananın kollektivinə təşəkkür
edib.
Mədəniyyət.- 2017.- 7 iyun.-
S.14.