Fortepiano alətinin təmiri və köklənməsi üzrə təlim kursları keçirilib

 

 

 

   Mədəniyyət və Turizm Nazirliyi sistemindəki uşaq musiqi və incəsənət məktəblərinin istifadəsində olan fortepiano alətlərinin mütəmadi olaraq köklənməsi və cari təmir işlərinin aparılması üçün mütəxəssislərə böyük ehtiyac olduğu nəzərə alınaraq Bakı şəhərində fortepiano alətinin təmiri, köklənməsi və nizamlanması üzrə təlim kursları keçirilir.

   2016-cı ildə nazirlik tərəfindən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Bakı, Naftalan, Şəki şəhər, Abşeron, Ağstafa, Ağsu, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, İsmayıllı, Hacıqabul, Xaçmaz, Xızı, Xocalı, Kəlbəcər, Qax rayon uşaq musiqi və incəsənət məktəblərindən fortepiano alətinin təmiri və köklənməsi sahəsində səriştəsi olan müəllimlərin iştirakı ilə təlim kursları təşkil edilib.

   Bu işin davamı olaraq 2017-ci ilin may ayında keçirilən növbəti təlim kurslarında Bakı, Şəki şəhər, Oğuz, Şamaxı, Qobustan, Masallı, Cəlilabad, rayon uşaq musiqi və incəsənət məktəblərinin müəllimləri iştirak edib. İştirakçılara müvafiq vəsiqələr təqdim olunub.

 

Mədəniyyət.- 2017.- 7 iyun.- S.15.