“Uşaqları sevək” sərgisi

 

 

 

   İyunun 1-də Xətai Sənət Mərkəzində Beynəlxalq uşaqları müdafiə gününə həsr olunmuş “Uşaqları sevək” adlı sərginin açılışı oldu. Tədbir Azərbaycan Rəssamlar İttifaqı (ARİ), Xətai Sənət Mərkəzi, “Ziyaİnsan Hüquqlarının Müdafiə Mərkəzinin dəstəyi ilə baş tutdu.

   Sərgini giriş sözü ilə ARİ-nin katibi, Xalq rəssamı Ağəli İbrahimov açaraq uşaqları bayram münasibətilə təbrik etdi, belə sərgilərin uşaqların müdafiəsində böyük rol oynadığını bildirdi.

   Ziyaİnsan Hüquqlarının Müdafiə Mərkəzinin rəhbəri Səyyad Bayramov, sərginin layihə rəhbəri Elnurə İsgəndərova və təşkilatçısı Aygün İsgəndərova uşaqları təbrik etdilər və hər zaman onlara dəstək olacaqlarını bildirdilər.

   Əməkdar artist, skripkaçı Səlim Abbasov öz ifaları ilə uşaqlara sevinc bəxş etdi. Uşaqları təbrikə gələnlərin sırasında əməkdar artist Naina İbrahimova və gənc müğənni Vüqar Kamiloğlu da vardı.

   Sonda iştirakçılar müxtəlif diplomlarla təltif edildilər. Sərgidə 200-dək əsər nümayiş olundu.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2017.- 7 iyun.- S.16.