Uşaqlardan uşaqlara”
Azərbaycan
Dövlət Uşaq Filarmoniyasının
qala-konserti
İyunun 7-də Azərbaycan Dövlət Uşaq Filarmoniyası Gənc Tamaşaçılar Teatrının səhnəsində ənənəvi hesabat konsertini təqdim edib.
Qala-konsertin proqramı zəngin və rəngarəng idi. Multikultural dəyərlərə hər zaman xüsusi diqqətlə yanaşan Dövlət Uşaq Filarmoniyası bu dəfə də xalq rəqsləri,
Azərbaycan bəstəkarlarının
əsərləri ilə
yanaşı, dünya
xalqlarının rəqs
və mahnılarına
da müraciət etmişdi.
Proqram Eldar Mansurovun
“Azərbaycan süitası”
ilə başlayıb.
Səhnəyə ilk olaraq qız
və oğlanlardan ibarət rəqs ansamblı çıxıb.
Sonra bir-birinin ardınca konsertin bütün iştirakçıları möhtəşəm
çıxışlarını tamaşaçılara təqdim
edib.
200 uşağın
iştirakı ilə
baş tutan tədbirdə Azərbaycan
Dövlət Uşaq Filarmoniyasının rəqs
ansamblı, “Şəms”
uşaq xoru, eləcə də Uşaq xor kapellası
da çıxış
edib.
Uşaqların çıxışları ilə yanaşı geyimlərini də qeyd etmək lazımdır. Uşaq Filarmoniyasının
rəhbəri, Əməkdar
incəsənət xadimi
Dilarə Əliyeva tərəfindən bu məsələyə həmişəki
kimi xüsusi diqqət ayrılmış,
Azərbaycan rəqslərində
istifadə olunan geyimlərin ornamentlərindən
tutmuş Avropa xalq rəqsləri ifa olunan geyimlərdəki
kiçik detallara qədər hər bir element incəliklə nəzərə alınmışdı.
“Uşaqlardan
uşaqlara” konserti bütün iştirakçı
və izləyicilərə
xoş anlar, zəngin təəssürat
yaşatdı.
Mədəniyyət.- 2017.- 9 iyun.-
S.4.