Lənkəran teatrında “Jorj
Danden və ya
aldadılmış ər”
Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi klassik fransız dramaturqu Jan Batist Molyerin “Jorj Danden və ya aldadılmış ər” komediyasına müraciət edib. Hazırda məşqləri davam edən səhnə əsərində sevgi, məhəbbət, xəyanət, ailə, əxlaq və mənəvi problemlərdən söz açılır.
Tamaşaya quruluşu teatrın baş rejissoru Tural Mustafayev verib. Səhnə tərtibatı rəssam
Tərlan Sadıqovun,
musiqi tərtibatı Fərahim Fərəcovundur.
İyunun sonları üçün
premyerası nəzərdə
tutulan səhnə əsərində rolları
Xalq artisti Qabil Quliyev, əməkdar artistlər Zemfira Nəcəfova və Sucəddin Mirzəyev, aktyorlar Niftulla Əsgərov, Qızılgül Quliyeva,
Aynur Əhmədova, Təranə Fərəcova,
Sayad Əliyev, Hikmət Cəfərov, Şəbnəm Hüseynova,
Rauf Zeynalov, Günel Abbaszadə və digərləri ifa edirlər.
Qeyd edək
ki, “Jorj Danden və ya
aldadılmış ər” komediyasını dilimizə Xalq artisti Qabil
Quliyev çevirib.
Mədəniyyət.- 2017.- 9 iyun.-
S.6.