Diplomatik əlaqələrin 25 illiyi münasibətilə musiqi
axşamı
İyunun 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan və İsrail arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə konsert proqramı təşkil olunub.
Konsertdən əvvəl çıxış edən İsrailin Azərbaycandakı səfiri Dan Stav iki ölkə arasında sürətlə inkişaf edən əməkdaşlıqdan danışıb. Ölkələrimiz arasında mədəniyyət sahəsindəki əlaqələri daha da genişləndirməyin əhəmiyyətinə toxunan diplomat bu əlaqələrin gələcək inkişafı baxımından belə tədbirlərin təşkil olunmasının vacibliyini vurğulayıb.
Konserti Xalq
artisti, Dövlət mükafatı
laureatı, professor Rauf
Abdullayevin dirijorluğu
ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət
Simfonik Orkestri
müşayiət edib. İsrail
pianoçusu Doren
Qolanın ifasında tanınmış bəstəkarların
əsərləri səsləndirilib.
Mədəniyyət.- 2017.- 9 iyun.-
S.8.