Dünya şöhrətli bəstəkarın yubiley təntənəsi

 

 

 

   Dahi Qara Qarayev məktəbinin davamçısı, virtuoz pianoçu, görkəmli mədəniyyət xadimi, respublikanın Xalq artisti, UNESCO-nunSülh artisti”, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə müasir Azərbaycan musiqi sənətinin dünya miqyasında tanınmış simalarındandır.

   Firəngiz Əlizadənin çoxşaxəli və məhsuldar yaradıcılığı, habelə geniş musiqi-ictimai fəaliyyəti XXI əsr müasir Azərbaycan professional musiqisinin dünyaya inteqrasiya etməsində mühüm rol oynayır. Onun əsərləri nəinki respublikamızda, habelə onun hüdudlarından uzaqlarda, bir sıra Avropa ölkələrində çox maraqla qarşılanır. Hər bir yeni premyerası respublikamızın musiqi həyatında mühüm hadisəyə çevrilir. Bəstəkarın beynəlxalq festivallarda səslənən əsərləri Azərbaycanın musiqi mədəniyyətini yüksək səviyyədə təmsil edir. Onun sorağı daima beynəlxalq musiqi forumlarından gəlir. Almaniya, İngiltərə, ABŞ, Hollandiya, İsveç, Fransa, İtaliya, Polşa, Rusiya, Ukraynab. ölkələrdə keçirilən nüfuzlu festivallarda həm bəstəkar, həm pianoçu kimi uğurla çıxış edir, musiqisi xarici dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanır.

   Artıq on ildir Azərbaycan Bəstəkarlar İttifaqı Firəngiz Əlizadənin rəhbərliyi və yüksək təşkilatçılıq bacarığı sayəsində milli musiqi mədəniyyətimizin inkişafına təkan verən böyük nailiyyətlərə imza atmış, bir sıra beynəlxalq səviyyəli musiqi layihələrinin (koordinatorubaş redaktoru olduğu, Heydər Əliyev Fondu tərəfindən nəşr edilən “Üzeyir dünyası” və “Muğam ensiklopediyası” layihələri) gerçəkləşməsində bilavasitə iştirak etmişdir. Firəngiz xanım bir sıra beynəlxalq səviyyəli musiqi festivallarının - o cümlədən Bakıda Heydər Əliyev Fondunun təşkil etdiyiMuğam aləmi” Beynəlxalq Muğam Festivalının bədii rəhbəri, Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının təsisçisi və bədii rəhbəridir.

   Bəstəkar müxtəlif janrlarda yazılmış maraqlı əsərləri ilə daima musiqi ictimaiyyətinin diqqətini cəlb edir. Müasirlikmilli musiqi ənənələrinin parlaq təcəssümü, Şərq və Qərb musiqi mədəniyyətlərinin vəhdəti, hər bir janrda novatorluq prinsiplərinin yeni bədii təzahürü Firəngiz Əlizadə yaradıcılığına xas olan əsas cəhətlərdir. Onunİntizar”, “ atlı oğlan haqqında əfsanə”, “Sənin adın Dənizdir” operaları, “Boş beşik”, “Optikal İdentity”, “Stadt-Qraniza” baletləri, “Al Kamandjaty” misteriyası, “Ölümsüzlüyə səyahət” oratoriyası, simfonik orkestr üçün “Nağıllar”, “İthaf”, kamera orkestri üçün əsərləri, instrumental konsertləri, “Üç akvarel” və “Yapon poeziyasından” vokal silsilələri, müxtəlif ansambl tərkibi üçünMiraj”, “İtirilmiş zaman axtarışında”, “Habilsayağı”, “Muğamsayağı”, “Eşq havası”, “Dərviş”, “Abşeron”, “Oyan!” və b. əsərləri Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin parlaq səhifələrini təşkil edir.

   Bəstəkarın böyük mənəvi və əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən əsərləri Avropanın mötəbər konsert səhnələrində səslənir, məşhur kollektivlərin - “Kronos Quartet” (San-Fransisko), “Collegium novus” (Sürix), “Berliner Filarmoniker” (Berlin), “Tang” (Sinqapur), görkəmli musiqiçilərin - İvan Monigetti, Devid Qerinqas, Yo Yo Ma, Evelin Qlenni, Elizabet Mozer, Hilari Hanb. repertuarını bəzəyir.

   Bəstəkarın bir çox əsərləri - o cümlədən “Sənin adın Dənizdir” operası (Hyuston, ABŞ), “Optikal İdentitybaleti (Sinqapur), “Al Kamandjaty” Misteriyası (Roma, İtaliya), xanəndə, flamenko ifaçısı və ansambl üçünMugflagamenco” (Amsterdam, Hollandiya), hazırlanmış fortepiano, violonçelkamera orkestri üçün “Dəniz” (Bern, İsveçrə), violonçel üçünOyan!” (Paris, Fransa) və s. əsərləri məhz xarici ölkələrin musiqi kollektivlərinin sifarişi ilə yazılmış və həmin əsərlərin premyeraları böyük triumfla keçərək geniş rezonans yaratmışdır.

   Belə əsərlərdən biri də bəstəkarın bu ilin əvvəlindən başlayaraq Avropanın müxtəlif şəhərlərində keçirilən yubiley tədbirləri sırasında, aprel ayında Hollandiyanın paytaxtında “Amsterdam Royal Concertgbouwkonsert sarayında möhtəşəm premyerası olmuşNasimi Passion” əsəridir. Azərbaycanın böyük mütəfəkkiri, sufi-şair İmadəddin Nəsiminin vəfatının 600 illiyinə həsr olunmuş əsər “Amsterdam Royal Concertgbouwun sifarişi ilə bəstələnmişdir. İ.Nəsiminin qəzəlləri əsasında solist (bariton), xorsimfonik orkestr üçün yazılmış əsəri məşhur ingilis dirijoru Martins Brabbinsin idarəsi və həmyerlimiz, Almaniyanın Manheym Opera Teatrının solisti Əvəz Abdullanın iştirakı ilə Hollandiyanın Kral simfonik orkestrixoru yüksək professional səviyyədə ifa etmişdir. Müsəlman dünyasında bu janrda yazılmış ilk əsər olanNasimi Passion” həmçinin Parisdə UNESCO-nun baş qərargahında keçirilən yubiley tədbirində də uğurla səslənmişdir.

   Bu günlərdə görkəmli bəstəkarın yubileyi respublikamızda da musiqi ictimaiyyəti tərəfindən böyük təntənə ilə qeyd edildi. Bir neçə gün davam edən musiqi festivalının proqramına bəstəkarın “İntizar” operasının tamaşası, simfonikkamera əsərlərindən ibarət konsertlər, habelə elmi konfrans və bəstəkar haqqında filmlərin nümayişi daxil edilmişdi.

   Azərbaycan Dövlət Filarmoniyasında keçirilən təntənəli açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Firəngiz Əlizadənin müasir Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərini yüksək qiymətləndirərək, ölkə Prezidentinin sərəncamı ilə təltif olunduğu “Şərəf” ordenini ona təqdim etdi. Həmçinin, tədbirdə iştirak edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edərək, Firəngiz Əlizadənin türkdilli xalqların mədəniyyətlərinin təbliği və inkişafı sahəsində fəaliyyətini vurğuladı və bəstəkara TÜRKSOY-unOnur” (“Şərəf”) medalını təqdim etdi.

   Festivalın simfonik konsertinin proqramına daxil edilən “Nasimi Passion” əsəri paytaxtımızda ilk dəfə olaraq Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor - Xalq artisti Fəxrəddin Kərimov), Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər - Xalq artisti Gülbacı İmanova) və Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solisti Taleh Yəhyayevin son dərəcə təsirli ifasında səslənərək tamaşaçılarda çox güclü təəssüratlar yaratdı.

   Bəstəkarın yaradıcılığının erkən dövrlərində yazdığı fortepianoorkestr üçün konserti solist - beynəlxalq müsabiqələr laureatı Zakir Əsədovun ifasında müvəffəqiyyətlə təqdim olundu. Böyük yaradıcılıq potensialına malik olan bu istedadlı gənc Bəstəkarlar İttifaqının tədbirlərində müntəzəm olaraq iştirak edir.

   Ümumiyyətlə, qeyd etməliyik ki, bəstəkarlıqla yanaşı virtuoz pianoçu olan F.Əlizadə Azərbaycanda müasir musiqinin təbliğatçısı kimi gənc ifaçıların yetişdirilməsi sahəsində böyük işlər aparır. Son illərdə Bəstəkarlar İttifaqında yaradılmış yeni kollektivlər - “Baku-Sinfoniettaorkestri, “Oazissimli kvarteti, “Trio-Klassik” ansamblları bunu bir daha sübut edir.

   Festival OperaBalet Teatrında bəstəkarın “İntizar” operasını (quruluşçu rejissor - Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijor - Əməkdar artist Əyyub Quliyev) bir daha seyr etmək imkanı yaratdı. Vətənpərvərlik mövzusunda yazılmış opera öz zəngin musiqi dili, dramaturji konsepsiyası, orkestr üslubuorijinal səhnə təcəssümü ilə XXI əsrin görkəmli opera əsərləri sırasında durur. “İntizar” operasından Əslinin ariyası konsert proqramında Əməkdar artist Səbinə Əsədovanın ifasında bir daha səslənərək, tamaşaçıları bu möhtəşəm operanın əsrarəngiz obraz aləminə qərq etdi.

   Beynəlxalq Muğam Mərkəzində keçirilən kamera konsertində bəstəkarın müxtəlif tərkibli ansambl əsərləri - solo fleyta üçünEşq havası”, Alban Berqə həsr olunmuş piano üçün sonatası, violinpiano üçünİmpuls”, klarnet, klavesinvibrafon üçünCrossing-I” (“Çarpazlaşma”), “İn Search of...” (“Axtarışda”) simli kvarteti, “From Japanes Poetrie” (“Yapon poeziyasından”) triosu və “Atəş” əsərləri səsləndi. Bu əsərlərin hər biri müxtəlif alətlərin ifa imkanlarını yüksək səviyyədə nümayiş etdirməsi, orijinal obraz aləminin təcəssümü, qeyri-adi kompozisiya həlli və dərin fəlsəfi yozumu ilə tamaşaçını valeh etdi.

   Konsertin sonunda müəllif bu əsərlərin öz vətənində ilk dəfə ifasının gerçəkləşməsində böyük səy göstərmiş gənclərə, o cümlədən əməkdar artistlər - Fəridə Məmmədova və Əyyub Əliyevə, beynəlxalq müsabiqə laureatları - Ümidə Abbasova, Vəli Budaqov, Samir Əsədov, Nərgiz Əliyeva, Fəqan Həsənli, Anar Əliyev, Nicat Salmanov, Səidə Tağızadə, İlahə Sadıqzadə, Elina Əliyeva, Zaman Həsənov, Nicat Məmmədov, Ucal Məmmədxan və Aleksey Çumakova, habelə yubiley konsertlərinin yüksək səviyyədə idarə edilməsində dirijor - Xalq artisti Fəxrəddin Kərimova dərin təşəkkürünü bildirdi.

   Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda keçirilən elmi konfransda respublikanın aparıcı musiqişünas-alimləri, əməkdar incəsənət xadimləri - Zemfira Qafarova, İmruz Əfəndiyeva, Həcər Babayeva, Kamilə Dadaşzadə, sənətşünaslıq doktorları - Sevil Fərhadova, Cəmilə Həsənova, sənətşünaslıq üzrə fəlsəfə doktorları - Jalə Qulamova, Leyla Məmmədova, Turan Məmmədəliyeva, Lətifəxanım Əliyeva, Yavər Nemətli, habelə Raya Abbasova, İmina Əliyeva və Ayxan Əfəndiyev məruzələrlə çıxış edərək, Azərbaycan musiqi mədəniyyətinin inkişafında Firəngiz Əlizadənin rolu, onun müxtəlif janrlarda yazılmış əsərlərinin obraz aləmi, dramaturji konsepsiyası və milli xüsusiyyətləri haqqında maraqlı fikirlər söylədilər.

   Ankara Qazi Universitetinin professoru, Azərbaycanın Əməkdar incəsənət xadimi Əflatun Nemətzadə Firəngiz Əlizadənin Türkiyədəki yaradıcılıq və pedaqoji fəaliyyətindən bəhs edərək, xüsusilə, onun ilk klassik türk baletinin - “Boş beşikbaletinin müəllifi kimi, Türkiyənin Mersin şəhərində operabalet teatrının yaradılmasında böyük xidmətlərini qeyd etdi.

   Konfransda ilk dəfə olaraq Firəngiz Əlizadə haqqında yazılmış və yeni nəşr edilmiş monoqrafiya - gənc musiqişünas Mehriban Əliyevanın (elmi rəhbəri - Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə) “Bəstəkar Firəngiz Əlizadənin müasir Azərbaycan musiqisinin inkişafında rolu” (Bakı, “Mütərcim”, 2017) adlı kitabı bəstəkarın yubileyinə gözəl bir töhfə kimi musiqi ictimaiyyətinə təqdim olundu.

   Bu əlamətdar yubiley günlərində öz möhtəşəm musiqisi ilə bütün dünya xalqlarını sülhə və həmrəyliyə səsləyən bəstəkarın ünvanına söylənən bütün təbriklərə qoşularaq, onu bir daha səmimi qəlbdən təbrik edir, doğma Vətənimizin adını daima ucaldan sənətkara yeni yaradıcılıq zirvələri fəth etməyi arzulayırıq!

  

   Sevda Hüseynova

   musiqişünas, Azərbaycan Bəstəkarlar İttifaqının baş məsləhətçisi

 

Mədəniyyət.- 2017.- 9 iyun.- S.10.