“Möhtəşəm
rejissura, professional yozum,
əla ekran dramı”
Amerikalı kino təhlilçisi Şamil Əliyevin “Çölçü” filmi
haqqında
“Cult Critic” kinojurnalının baş
redaktoru və vizual rəssamı Erik
Wickes nəşrin növbəti
sayında azərbaycanlı
rejissor Şamil Əliyevin “Çölçü”
filmi haqqında təəssüratını bölüşüb.
O, Hollivud studiyalarında
çalışıb, hazırda
“HLC Studio”da kreativ direktor vəzifəsində
işləyir.
Məqalədə filmin mövzusu
(ssenari müəllifi
Vidadi Həsənov) və bədii məziyyətlərindən, rejissor,
operator işi (Rafiq Quliyev) və aktyor oyunundan bəhs olunur.
Müəllif yazır: “Bizim aylıq film seçimimiz Şamil Əliyevin “Çölçü” filmidir.
Bu, adsız bir şəxs haqqında hekayədir; o, müasir sivilizasiyadan uzaq ot basmış
çöllükdə yaşayır.
Əsas rolları aktyorlar Bəhruz Vaqifoğlu və Salome Demuria canlandırır. Amerika Kino Akademiyası
bu filmi 86-cı “Oskar”
mükafatının uzun
siyahısında qeyd etmişdir.
Film qatarın
uzaqda yerləşən
çölə yaxınlaşması
ilə başlayır.
Kamera öncə tamaşaçını
intəhasız, ucsuz-bucaqsız,
lakin sakit və kədər dolu çölə aparır. Bir saat iyirmi dəqiqəlik filmin süjet xətti balaca çölçünün
yağışlı gecədə
atasını dərin
yuxudan oyatması ilə davam edir. Ata və
balaca oğlan qamışdan dam örtüklü
və suvaq çəkilmiş komada yaşayır və həmin gecə oğlanın sevimli dəvəsi doğur.
Həqiqi ferma olmasa da, qurulmuş dizayn və ağılın təbiiliyi
yüksək ustalıqla
tərtib olunub. Bu kiçik ailədə
qadın yoxdur. Lakin əvvəllər burada qadının olması ilə bağlı kadr göstərilir.
Bu epizodda təsvir
olunan qadın balaca çölçünün
anası obrazında canlandırılır, lakin
o, artıq onlarla yaşamır.
Çöldəki həyat sadədir
və buna görə də daha çox təxəyyül tələb
edir. Kənd həyatını obrazlaşdıran,
hekayəni nəql edən şəxs-ata (Ulu) balaca oğlana
sanki gələcəkdən
xəbər verərək,
onun sonradan “Şanapipik” adlı qızla tanış
olacağından danışır.
Balaca çölçünün atası öz “mülk”lərində dəvələrə
nəzarət etməklə
pul qazanır. Uzun illərdir ki, rahat yaşamdan, sivil həyatdan uzaqlaşmasına baxmayaraq,
atanın güclü
nizam-intizamı şərtləndirən
tələbləri var;
oğlunu çöl
həyatının adət
və ənənələrini
öyrədərək böyüdür.
Onların gündəlik təkrarlanan,
yeknəsəq həyat
tərzini göstərdikdən
sonra, rejissor virtuoz keçid edir; gəncləşən,
böyüyən çölçü
əsl çoban obrazında yenidən kadrda peyda olur.
Onlar ata (Ulu) rəhmətə gedənə
qədər birlikdə
yaşayırlar. Sonra atasının
peşəsini oğul
davam etdirir. Bizim adsız çölçümüz
yaşa dolduqca atasının yerini tutur və sürüyə
nəzarət edən
yetkin çobana çevrilir. Bundan sonra
yalnız qalan baş qəhrəman “yeni əcaib həyat”la qarşılaşır”.
Təhlili yazıda daha sonra filmdəki mükəmməl rejissor həllinə diqqət yetirilir: “Atasının ölümündən sonra
cavan çölçü
şəhərə tək
bir dəvə ilə daşıya biləcəyi əşyalarla
(Ulunun cəsədi ilə), paralel olaraq yol işləri
üçün material daşıyan
yük avtomobilinin göstərildiyi yaxşı
düşünülmüş mənzərə. Çölçü
sənaye cəmiyyətindən
kənar bir insandır, hətta öz dövrünün texnoloji tələblərindən
belə...
Çölçünün getdiyi yerdə
yaşayanlar onu aşağı təbəqənin
insanları sayırlar,
o, cəmiyyətin digər
hissəsinin sahibləndiyi
“maddi-mənəvi” nüfuza
malik deyildir. Bir növ, Qərb
standartlarındakı “avam”lar kimidirlər. Amma yenə də şəhər ənənələrindən
çox da kənar deyildirlər.
Bütövlükdə onlardan biri kimi görünmək üçün fərqli
bacarıqlar tələb
olunsa da, çölçü burada
eyni dünyanın insanı kimi göstərilir”.
Sonra çölçünün taleyində çılğın qadınla rastlaşmaq imkanı yaranır. Axmaq və ədəbsiz sevgilisindən uzaqlaşmağa çalışan qadın çölçünün komasına sığınır: “Çölçü qızı yaşadığı komanın arxasındakı ot arabasında yatmış görür. Çaşqın halda gündəlik məşğuliyyəti olan dəvələri otarmağa gedir. Qayıdarkən qızın qabları yuduğunu, komanı yığışdırdığını gördükdə daha da təəccüblənir. Qadının əlacsız vəziyyətdə onun komasına sığınmaq cürətinə möhkəm əsəbiləşir.
Aralarındakı çox qısa münasibətdə bu xarakterlər arasında ciddiyyətin olduğu görünür. Onlar çox az söhbət edirlər. Yalnız əvvəldə çölçünün atası tərəfindən danışılan nağılın yaranmasını müəyyənləşdirən qısa və iztirablı hekayələr, sözlərlə ifadə ediləcək dərəcədə əhəmiyyətli, mən deyərdim ki, əsas fikrin daşıyıcısı olur. Bəli, ilk baxışdan şəhərli qız ilə çölçü oğlan arasında sadə sevgi hekayəsi. Lakin həmin sevgi çox bənzərsiz, unikal bir şəkildə söylənilir və ya təsvir edilir.
Qız çölçüdən təbiətlə harmoniyada yaşamağın sirlərini öyrənir, onun timsalında maddi dəbdəbələrdən asılı olmayan, yalnız ehtiyacı olanlarla kifayətlənən bir insanı görür. O, az danışan insandır və müasir sivilizasiyaya, modern həyata qarşı onun sadəlik kimi bir gücü var. O isə qızın simasında çağdaş, qaynar həyat meyarları ilə yaşayan birisini görməyə başlayır. Qız ərköyün deyil və oğlanın qıza qarşı şəfqəti artdığından aralarında yaranan münasibəti sonadək yaşatmaq üçün əlindən gələni edir”.
Müəllif filmdə operator işindən də bəhs edir: “Film dramatiklik tələb edən, istehsal dizaynına çox da ehtiyac olmayan kənd ərazilərində çəkilib. Kənd ərazisi özlüyündə möhtəşəmdir, fotoqrafiya və kinematoqrafiya onun həssas gözəlliyini ustalıqla ekrana gətirir. Dəvələrin uzaq məsafədə otarılması görüntüləri mükəmməldir. Buradakı addımlar yavaşdır, lakin yalnız regionun böyük otlaqlarını əhatə edən geniş sükunətdə zehin gözünün yol çəkməsinə imkan verəcək qədər yavaş. Filmin temporitminin xəfif nizamlanması tənha çölün intəhasızlığını tamaşaçıya çatdırmaq üçün dəqiq hesablanıb.
Açıq final tamaşaçıya bu sirli dünyanın axıradək dərk olunmamağına bir işarədir. Təbii ki, əgər bizim qadın nümayəndəmiz sürünü evə gətirmək üçün vaxtında oyanarsa... Tərəflər öz mövqelərindədirlər. Hər ikisində şəxsi istək və duyğuların inciməsini nəzərə almasaq, birgə yaşayışlarında qarşılıqlı anlayış, ehtiraslı gərginlik və fədakarlıq hiss etdim”.
Erik Wickes yazını bu sözlərlə bitirir: “Film möhtəşəm rejissura, professional yozum, peşəkar işıqlandırma, mükəmməl operator işi və ciddi montaj ilə birlikdə hazırlanan əla ekran dramıdır”.
Mədəniyyət.- 2017.- 9 iyun.-
S.13.