Turizm Şurasının növbəti
iclası keçirildi
İyunun 12-də Azərbaycan Respublikası Turizm Şurasının növbəti iclası keçirildi. Şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iclası açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verdi.
Nazir turizmin
ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən
biri olduğunu və milli iqtisadiyyatın inkişafı üzrə
Strateji Yol Xəritəsində
mühüm yer tutduğunu diqqətə çatdırdı,
ötən illər ərzində turizm sənayesinin
inkişafı istiqamətində görülən işlərdən
danışdı. Prezident İlham
Əliyevin 27 dekabr
2016-cı il tarixli fərmanı
ilə təsdiq edilmiş “Turizm Şurası haqqında Əsasnamə”də
qurum qarşında qoyulan
məsələlərdən söz açan nazir bildirdi ki, Turizm
Şurasının yaradılmasında əsas məqsəd Azərbaycanda
bu sahədə mövcud
vəziyyətin təhlil edilməsi, problemlərin
aradan qaldırılması üçün müvafiq
tədbirlərin görülməsi, turizm
sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının
əlaqələndirilməsidir: “Şuranın ötən bir neçə aydakı fəaliyyətinin ilkin nəticələrini artıq görürük. Məlum olduğu kimi, aprelin 10-dan mayın 10-dək
ölkəmizdə ilk dəfə
Ticarət festivalı
- “Baku Shopping Festival” keçirildi. Festival öz uğurları ilə yadda qaldı. Artıq ikinci festivalın
keçirilməsi istiqamətində
hazırlıqlar gedir.
Həmçinin qısa zamanda
yaradılmasına baxmayaraq
Milli Turizm Təbliğat Bürosunun
da fəaliyyəti uğurla davam edir. Ötən müddət ərzində
Büro tərəfindən
turizmin təbliği istiqamətində mühüm
layihələrə imza
atılıb. Novruz bayramı
günlərində Bakıda
paytaxt sakinləri və qonaqlar üçün silsilə
tədbirlər həyata
keçirilib. IV İslam Həmrəyliyi Oyunları günlərində
isə bir sıra ölkələrin
mədəniyyət günləri
təşkil olunub”.
Əbülfəs Qarayev qeyd etdi ki, bir
neçə gün öncə Bakı şəhərində fəaliyyət
göstərən gəlmə
turizm sahəsində ixtisaslaşmış yerli
və xarici turoperator və turizm şirkətləri ilə Milli Turizm Təbliğat Bürosunun görüşü
keçirildi. Görüşdə
səmərəli müzakirələr
aparıldı, yeni turist marşrutlarının
formalaşdırılması, ölkənin təbliği
və turist məmnunluğunun artırılması
ilə bağlı əməkdaşlıq imkanları
nəzərdən keçirildi:
“Bu istiqamətdə tədbirlər
daha da gücləndiriləcək.
Biz ölkəmizə gələn xarici turistlərin sayının
artırılması, onlara
göstərilən xidmətlərlə
yanaşı, yerli vətəndaşların da
ölkə daxilində
mənalı istirahətinin
təşkili üçün
addımlar atmalıyıq.
Buna görə də Milli Turizm
Təbliğat Bürosuna
ölkə daxilində
fəaliyyət göstərən
turizm şirkətlərinin
təklif etdiyi proqramları cəmləşdirərək
saytlar vasitəsilə
təbliğ olunması
və yerli vətəndaşların istirahəti
üçün xüsusi
proqramların hazırlanması
tapşırıldı”.
Nazir onu da vurğuladı ki, Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır.
Əgər ötən
ilin ilk 5 ayı ərzində ölkəmizə
768 min turist gəlmişdisə,
bu il müvafiq
dövründə 956 min turist
gəlib. Bu da 188 min və ya 24,5
faiz artım deməkdir. Əgər
2016-cı ilin ilk üç
ayında xarici turistlər Azərbaycanda banklar vasitəsi ilə 40 milyon 629 min manat ödəmələr
etmişdilərsə, bu
ilin eyni dövründə bu məbləğ 91 milyon
134 min manat olub.
İclasda daha sonra yay
turizm mövsümünün
açılışı və “Azərbaycan Respublikasında çimərlik
turizminin inkişafına
dair 2017-2020-ci illər
üçün Tədbirlər
Planı”nın icrası, ilk Şopinq festivalının yekunlarına
dair hesabat, növbəti festivalın
təşkili, Turizm reyestri və informasiya saytının ilkin variantının təqdimatı və digər məsələlər
müzakirə olundu.
Şura üzvlərinin turizmin
inkişaf etdirilməsində
qarşıda duran vəzifələr, gələcək
fəaliyyətin təşkili,
nəzərdə tutulmuş
layihələr barədə
fikirləri səsləndi.
Daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlər üçün
cəlbediciliyin daha da artırılması, ölkənin turizm potensialından səmərəli
istifadə imkanlarının
yaradılması məqsədilə
turistlərin məhdudiyyətli
ərazilərə gediş-gəlişinin
sadələşdirilməsi, turizm infrastrukturunun və turist marşrutlarının təkmilləşdirilməsi,
habelə elmi tədqiqat işlərinin
genişləndirilməsi ilə
bağlı müzakirələr
aparıldı.
Fariz Hüseynov
Mədəniyyət.- 2017.- 14 iyun.-
S.5.